Rusiya Ermənistan ordusunun müasirləşdirilməsinə kömək edir

Sergey Kopırkin "Rusiya onsuz da Ermənistana ordunu modernləşdirməyə və islahatlar keçirməyə kömək edir".
Bunu Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Qarabağda müharibə bitdikdən sonra Ermənistanın Rusiyanın köməyinə ehtiyacı olduğunu hökumət nümayəndələri də tez-tez qeyd edirlər.