Qazaxıstanın sərvətinin 55 faizinə sahiblənib

Qazaxıstanın sərvətinin 55 faizinə sahiblənib

Nazarbayev ətrafındakılarla birlikdə Qazaxıstanın sərvətinin 55 faizinə sahibdir 

"KPMG hesablayıb ki, ailə 162 nəfər və ya 19 milyonluq əhalinin 0,001 faizi Qazaxıstanın sərvətinin 55 faizinə sahibdir. Onların bir çoxu sabiq prezident Nursultan Nazarbayevlə qan və ya biznes əlaqələri ilə bağlıdır".

"Financial Times" Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə bağlı məqalə dərc edib.

Məqalədə Qazaxıstanın keçmiş prezidentinin və onun yaxın ətrafının ölkənin sərvətlərinin yarıdan çoxuna sahibləndiyi iddia edilir.

Məqalədə deylir ki, dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstan qlobal tədarükün ən azı 40 faizini istehsal edir və əhəmiyyətli mis və sink yataqlarına malikdir.

 170 milyard dollarlıq iqtisadiyyatı olan Qazxıstan eyni zamanda dünyanın 12-ci ən böyük neft ehtiyatına malik ölkəsidir. Bu qədər sərvəti Nazarbayevlər ailəsi xalqla tən yarı da bölməyib, yarıdan çoxuna sahiblənib. 

Vetenugurnda.az-ın verdiyi xəbərə görə məqalədə Nazarbayevin kürəkəni Rahat Əliyevin də adı çəkilib. Qeyd edək ki, Nazarbayevin böyük qızı Dəriğə ilə evləndikdən sonra ixtisasca həkim olan Rahat Əliyev  özünə sənaye şirkəti qurub. Nazarbayevlə mübahisə etdikdən sonra o, Avstriyaya sürgün edilib. Rahat Əliyevi qətldə ittiham ediblər. Vaxtilə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsində çalışan Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub. Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilib. Özü də "Nurbank"ın səhmdarı olan Rahat Əliyevi 2007-ci ildə həmin bankın rəhbərləri – idarə heyətinin sədri Əbilmajin Gilimov və idarə heyəti sədrinin sabiq birinci müavini Joldas Timirəliyevin oğurlanmasında ittiham edirlər.

Onun barəsində Qazaxıstanda qiyabi məhkəmə keçirilibş və 40 il müddətinə azadlıqdan məhrum edilib.  2007-ci ilin yazından xarici ölkələrdə gizlənsə də 2014-cü il iyunun 5-də Vyanada tutulan Rahat Əliyev həmin vaxtdan Avstriyada həbsdə idi. Onun Qazaxıstana ekstradisiya edilməsi təklifini Avstriya tərəfi rədd etmişdi. 

Ən qəribəsi odur ki, qızıl teştinə qan qusan Rahatı 24 fevral 2015-ci ildə Yozefştadt məhkəmə həbsxanasındakı kamerasında boynunda iplə, ölü vəziyyətdə tapıblar. Raxat Əliyev intihar edibmi? Əslində bu sual uzun müddət müzakirə olundu.

 Lakin bundan əvvəl o, qayınatasının rəhbərlik etdiyi biznes imperiyasının ətraflı təsvirini verib. O, Nazarbayevin müntəzəm olaraq biznes sövdələşmələri üzrə qeyri-qanuni komissiyalar aldığını, mədən və neft sənayesində gizli paylara sahib olduğunu və "ofşor bank hesabları şəbəkəsini" saxladığını iddia etdiyi bir müsahibə verib.

"Forbes"in məqaləsində Nazarbayevin ortancıl qızı Dinara və əri Timur Kulibayevin də sərvətləri haqqında statistik məlumatlar verilib. Məqalədə qeyd edilir ki, ərlə arvadın hər birinin ayrı ayrılıqda 3 milyard dollar sərvəti var. Onlar Qazaxıstanın ən böyük bankı olan "Xalq Bank"ın sahibidirlər.

2011-ci ildən o, həm də Rusiyanın dövlət qaz şirkəti olan "Qazprom"un idarə heyətində oturan Kulbayev eyni zamanda Qazaxıstanın energetika sahəsinə nəzarət edir.

Ötən gün "Atameken" Milli Sahibkarlar Palatasının Rəyasət Heyətinin sədri vəzifəsindən istefa verən Timurun hansı kamerada boynuna ip atılacağı sualı yəqin ki, onun özünü də narahat edir.