Qaraqalpaqıstanda çəkilən kadrlardakı qırmızı rəng müzakirə olunur

Qaraqalpaqıstanda çəkilən kadrlardakı qırmızı rəng müzakirə olunur

İyulun 1-də Qaraqalpaqıstanda baş vermiş iğtişaşlar səbəbindən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanına əsasən, iyulun 3-də komendant saatı nəzərdə tutan fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Özbəkistanın tərkibində muxtar respublika olan Qaraqalpaqstanın paytaxtı Nukus şəhərində kütləvi mitinqlərin səbəbi ölkə konstitusiyasına dəyişiklik edilməsi barədə planların olması idi. Özbəkistanın Qaraqalpaqıstan Respublikasında ölkə konstitusiyasına dəyişiklik edilməsi barədə planları qarqalpaqları ayağa qaldırıb.

İyulun 3-ü səhər saatlarında mitinqin baş tutduğu meydanın qana boyandığı görüntüləri bütün dünya mediasını dolaşıb.

Milli Qvardiyanın mətbuat katibi Davron Cumaniyazov deyib ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən Qaraqalpaqıstan ərazisində tətbiq edilən fövqəladə vəziyyət rejiminin ilk gecəsi insidentsiz keçib.

Lakin sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. Belə ki, bu gün –çəkilən görüntülərdə hər tərəfə qırmızı maye yayılması gecə şiddətli etirazların olması kimi qiymətləndirilib. Üstəlik, sosial şəbəkələrdə gecəyarı mitinq iştirakçılarına qarşı təzyiqlətin görüntüsü yer alıb.

Bölgədəki iğtişaşlardan sonra Mirziyoyev konstitusiyaya Qaraqalpaqstanın statusu ilə bağlı dəyişiklikləri etməmək qərarına gəlib.