Putin Asiyaya səfərə çıxır

Putin Asiyaya səfərə çıxır

Rusiya Prezidenti Vladimir Putin müharibə başlayandan ölkəsindən çıxmırdı. O, gələn həftədən xarici səfərlərə başlayacaq.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya mediası məlumat verib.

Putin Tacikistana, daha sonra isə Türkmənistana səfər edəcək.

Putin öncə Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar aparacaq. Daha sonra o, Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu "Xəzər beşliyi"nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.

Mərkəzi Asiyaya səfər Rusiya liderinin Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri ilk xaricə səfəri olacaq. Putin Rusiyaya qayıdandan sonra iyunun 30-da İndoneziya prezidenti Coko Vidodo ilə görüşəcək.