Polşa paytaxtında 9 may tədbirləri qadağan edildi

Polşa paytaxtında 9 may tədbirləri qadağan edildi

 Varşavanın yerli hakimiyyət orqanları Rusiyanın Polşadakı səfirliyinin 9 may tədbirləri barədə sorğusuna qarşı çıxıb.

Bu barədə Varşava meri Rafal Tşaskovski bəyanatla çıxış edib:

"Rusiya səfirliyi Varşavada mayın 9-unu qeyd etmək istəyir və dəstək üçün Polşa Xarici İşlər Nazirliyinə müraciət edib. Mən bunun qəti əleyhinəyəm".

Mer vurğulayıb ki, Polşanın heç bir dövlət qurumu bu təşəbbüsdə iştirak etməməli, üstəlik, analoji tədbirlərə qadağa qoyulmalıdır.(oxu.az)