Onkoloji xəstəyə 4 il 6 ay həbs cəzası verildi

Onkoloji xəstəyə 4 il 6 ay həbs cəzası verildi
İnanclı Şamil Həsənova hökm oxunub Bu gün (26 oktyabr) Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Müsəlman Birliyinin üzvü Şamil Həsənov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, AR Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama), 167-3.1 (dini ekstermist materiallar) maddəsilə ittiham olunub. Ailəsi ittihamla razılaşmayıb və Şamil Həsənovun sifarişlə həbs edildiyini bildirib. 3 övlad atası olan Şamil Həsənov qısa müddət öncə beyin xərçəngindən əməliyyat olunub. Ailəsi bildirir ki, hazırda o, dərmanların hesabına yaşayır və həyatı təhlükədədir: "Çünki o, polis yox, həkim nəzarəti altında yaşamalıdır". Qeyd edək ki, Şamil Həsənov bu il iyun ayının 22-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.