Ombudsman Fuad Qəhrəmanlı və Seymur Əhmədovla görüşüb

Ombudsman Fuad Qəhrəmanlı və Seymur Əhmədovla görüşüb

Qarabağ mitinqinə görə həbs edilən AXCP üzvlərindən Fuad Qəhrəmanlı və Seymur Əhmədova işgəncələrin verilməsi barədə məlumatlar yerli ictimaiyyətdə və beynəlxalq birlikdə geniş rezonans doğurdu. Bundan sonra Azərbaycan Ombudsmanı bu gün təcridxanada Fuad Qəhrəmanlı və Seymur Əhmədovla görüşüb.

Ombudsman Aparatının məlumatına görə, onların hər ikisinin vəziyyəti normaldır. Bu məlumat xüsusən də Fuad Qəhrəmanlının sağ-salamat olması baxımından rahatlıq yaratsa da, ona və Qarabağ məhbuslarından bir sıra başqalarına hələ də ailələrilə müntəzəm telefon əlaqəsi imkanı və vəkillərilə görüş verilmir.

Seymur Əhmədova verilən işgəncə faktı ilə bağlı isə şikayət prokurorluğa təqdim edilmək üçün vəkili tərəfindən artıq hazırlanıb. Bu arada Qarabağ məhbuslarından bəzi başqalarının da vəziyyətinin pisləşdiyi barədə xəbərlər yayılır.

Bütün bunlar siyasi məsələdən əlavə həm də humanitar problemdir və ölkənin bütün vicdanlı insanları bu problemlə bağlı uca səslə danışıb, faktiki girov vəziyyətində olan Qarabağ məhbuslarını müdafiə etməlidir.

AXCP sədri Əli Kərimli