NATO-nun Əfqanıstandakı vəziyyətlə bağlı bəyanat verdi

NATO-nun Əfqanıstandakı vəziyyətlə bağlı bəyanat verdi

Xarici KİV-lərin yazdığına görə, bəyanatda deyilir ki, NATO Kabildə diplomatik mövcudluğunu saxlamağı planlaşdırır və Əfqanıstan hakimiyyəti ilə qarşılıqlı əlaqələri davam etdirəcək.

Sənəddə bildirilir ki, təşkilat Əfqanıstanda vəziyyəti yaxından izləyir: "Buna baxmayaraq, diplomatik korpus nümayəndələrinin təhlükəsizliyi ittifaq üçün vacibdir".

Bununla yanaşı, Alyans Əfqanıstanı ələ keçirəcəyi təqdirdə "Taliban" hakimiyyətini tanımaqdan imtina edəcəyini bəyan edib. NATO-nun Baş katibi Yens Stoltenberq bundan əvvəl demişdi ki, "Taliban" hakimiyyəti təhvil alacaqları təqdirdə beynəlxalq birlik tərəfindən tanınmayacağını anlamalıdır.

NATO-nun siyasi qərarvermə orqanı olan Şimali Atlantika Şurası Əfqanıstandakı vəziyyətlə əlaqədar fövqəladə iclas keçirib. AFP-nin verdiyi xəbərə görə, bu barədə NATO-nun mənzil qərargahındakı mənbə bildirib. Mənbə deyib ki, "Taliban" yaraqlılarının hücumu ilə əlaqədar ABŞ-ın diplomatik və mülki personalını bu ölkədən çıxarmasını elan etməsindən sonra NATO Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Xatırladaq ki, artıq "Taliban" Əfqanıstanın bir sıra vilayətlərində nəzarəti ələ alıb. (virtualaz)