Mübariz Mənsimov necə azad olunub? - Şeyxin Ərdoğana məktubu üzə çıxdı

Mübariz Mənsimov necə azad olunub? - Şeyxin Ərdoğana məktubu üzə çıxdı

 Azərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa çıxması ilə bağlı sensasion fakt üzə çıxıb.

Məlumata görə Mübariz Mənsimovun azadlığa buraxılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rolu olubmuş.

Belə ki, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə iş adamı Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğandan xahiş edibmiş:

"Mübariz Mənsimovun atasının ağır xəstə olmasını, anasının ahıl yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, Zati-ailələrinizin ali mərhəmətinə güvənərək rica edirik ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”, - deyə Paşazadə Ərdoğana yazdığı məktubda qeyd edib.

İddiaya görə, bu məktubdan sonra Mübariz Mənsimov azadlığa buraxılıb. O da vurğulanıb ki, Şeyxə Ərdoğanın xüsusi rəğbəti var.

Sözügedən məktubu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete imzalayıb. (oxu4.com)

Mənbə sözügedən məktubun surətini də təqdim edib: