KTMT hərbçilərinə Qazaxıstanda medallar verildi

KTMT hərbçilərinə Qazaxıstanda medallar verildi

KTMT kontingentinin bəzi sülhməramlıları Qazaxıstanın müdafiə naziri Murat Bektanovun əmrinə əsasən "Beynəlxalq əməkdaşlığa töhfəyə görə” medalları ilə təltif ediliblər.

Bu barədə ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti Alma-Atada sülhməramlı əməliyyatın başa çatmasına həsr olunmuş mərasimdən sonra məlumat verib.

"Qazaxıstan Müdafiə naziri adından Kollektiv Sülhməramlı Qüvvələrin kontingentinin hərbçiləri minnətdarlıq bildirib. Qazaxıstan Müdafiə Nazirinin əmri ilə bir sıra sülhməramlılar "Beynəlxalq əməkdaşlığa töhfəyə görə" medalları və sertifikatlarla təltif ediliblər", - məlumatda deyilir.

"Siz strateji və digər mühüm obyektlərin təhlükəsizliyini təmin etmisiniz.

Sizin gəlişiniz sayəsində qazax hərbçiləri və hüquq-mühafizə orqanları banditizm elementlərinin axtarışı və saxlanılması üzrə birbaşa vəzifələrinə başlamağa müvəffəq olublar", - Qazaxıstan müdafiə nazirinin müavini Muxamedjan Talasov sülhməramlılara müraciət edib.(virtualaz.org)