İsrail qüvvələri Cenində qətl törədib

İsrail qüvvələri Cenində qətl törədib

İsrail qüvvələri Cenində həbslər həyata keçirib, fələstinlilərdən ölən və yaralananlar var 

İsrail qüvvələri işğal altında olan İordan çayının Qərb sahilində Cenin şəhəri və ətraf qəsəbələrə basqın edərək, həbslər həyata keçirib. Qarşıdurmalar zamanı azı bir fələstinli gənc həlak olub.

Fələstin mətbuatına istinadla xəbər verir ki, İsrail qüvvələrinin bu gün Cenin şəhərinə basqını fələstinli gənclərin müqaviməti ilə üzləşib.

Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə İsrail qüvvələrinin atəşi nəticəsində 17 yaşlı bir fələstinli gənc həlak olub və 11 nəfər yaralanıb.

İsrail qüvvələri 10-dan çox fələstinlini burada həbs edib.

Qeyd edək ki, iki gün öncə Təl-Əvivin Bney-Brak rayonunda bir fələstinli gəncin hücumundan sonra, İsrail daxildə və işğal altında saxladığı ərazilərdə təhlükəsizlik qüvvələrini hazır vəziyyətə gətirib.

Bildirək ki, ötən həftə dörd ərəb dövlətinin XİN rəhbərləri ilk dəfə olaraq İsraildə işğal altında olan ən-Nəqib səhrasında Təl-Əviv və ABŞ XİN rəhbərlərilə birgə toplantı keçirərək, əməkdaşlığı müzakirə ediblər. Bu toplantı fonunda İsrailin daxilində və işğalda saxladığı bölgədə gərginlik kəskin artıb.(salamnews )