İspaniyalı ermənipərəst deputat dünyanı Azərbaycana qarşı səslədi

İspaniyalı ermənipərəst deputat dünyanı Azərbaycana qarşı səslədi

İspaniya Konqresinin ermənipərəst deputatı Con İnarritu beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı səslədi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə bu barədə erməni mediası yazıb. Con İnarritu Twitter-də yazıb:

"Mən Ermənistana və onun xalqına dəstəyimi ifadə etmək istəyirəm və eyni zamanda beynəlxalq ictimaiyyətdən Əliyev rejiminin davam edən hücumlarına və təxribatlarına qarşı tədbir görməsini xahiş edirəm".

Xatırladaq ki, 44 günlük müharibədə Azərbaycan torpaqlarında oturan Con İnarritu videogörüntü ilə hay-həşir salıb dünyanı erməniləri Azərbaycanın və Türkiyənin "soyqrımından" qorumağa çağırırdı. Xankəndində oturan bu deputat bütün dünyaya car çəkib dünyanı yeni "soyqırımın" qarşısını təcili surətdə almağa çağırırdı: "Stepanakertdən sabahınız xeyir! Azərbaycan və Türkiyə Artsaxın mülki əhalisinə hücum edir! Beynəlxalq ictimaiyyət Azərbaycandan yeni bir soyqırımın qarşısını almaq üçün tez hərəkət etməlidir". - Con İnarritu deyirdi.

Qeyd edək ki, Con İnarritu Bask Milliyyətçi Partiyasını təmsil edir.

Bir 1 nəfər, xəritə, səma və mətn şəkili ola bilər