İslam dünyasının QƏLƏBƏLƏRİ! İraq (2-ci yazı)

İslam dünyasının QƏLƏBƏLƏRİ! İraq (2-ci yazı)

Müsəlmanların XXI əsrdə növbəti qələbəsi İraqda gerçəkləşir

Bu müharibə təkcə İraq deyil, körfəzin işğalı üçün də olduqca mühim bir layihə idi. Lakin Amerika demokratiyasının terrorçu siması dünyada tənəzzül səbəbindən bu arzu və istəyi gerçəkləşmədən məğlubiyyətə uğramaqdadır.

Amerikanın 20 mart 2003-cü ildə İraqın işğal siyasəti 18 dekabr 2011-ci ildə başa çatır. 8 il 8 ay davam edən müharibə və ardınca İŞİD-in dinc əhaliyə qarşı qətliamı İraqda 1 milyondan çox itki və ağlagəlməz yaralı sayı ilə nəticələndi. Öldürülən insanların 48% silahlı qarşıdurmalar zamanı, 20% bomba yüklü avtomobillərin partadılmasında, 20% hava hücumları zamanı həlak olur.

Iraqi journalist throws shoes at US president George Bush - Wikinews, the  free news source

Amerikanın başçılıq etdiyi koalisiya qüvvələri və İŞİD tərəfindən 309. 000 hərbi qulluqçu və terrorçu, İraq tərəfindən isə 375.000 hərbi heyyət bu müharibənin qurbanı oldu. 116.000-dən-665.000-ə yaxın İraqın dinc əhalisi isə terror, aclıq, xəstəlik və ən əsası İŞİD-qətliamında öldürüldü.

2008-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı lauriatı, Dünya Bankının baş iqtisadçısı Joseph Stiglitz-in İraq müharibəsi ilə bağlı hesablamalarına görə, 2003-cü ildə baş verən hərbi əməliyyatların yalnız ilk 10 günü ABŞ-a 5,5 milyard dollara başa gəlir.

Ümumilikdə isə müharibə ABŞ üçün 6 trilyon dollar itki ilə nəticələndiyini irəli sürür. Amerika İraqa güya Səddam Hüseyn dövlətinin kimyəvi silahları bahanəsi ilə gəlir. Ardınca ABŞ hökuməti İraqda hakimiyyəti devirməklə ölkədə sabit demokratik rejimin yaradılmasının zəruri olduğunu açıqlayır.

Вторжение Британии в Ирак было ошибкой и нарушением принципов ООН - РИА  Новости, 06.07.2016

Əslində isə İranıda nəzarətə alacaq bu işğal, bir çox yaxın əraziləri nəzarəti altına almaq, hərbi bazaların inşaası ilə yanaşı İraqın təbii sərvət istilasına hesablanmışdı. Bu niyyətlə Səddam Hüseyn devrilir, ölkə ABŞ və müttəfiqlərinin nəzarəti altına keçir. Lakin ötən müddət ərzində İraqda ABŞ-ın vəd etdiyi nə demokratik rejim yaranmır, nə də sabitlik əldə olunmur.

19 avqust 2010-cu ildə İraqda ABŞ rəhbərlik etdiyi koalisiya əsgərlərinin sayı təxminən 50 min nəfər olduğu bir vəziyyətə o, müharibəni yekunlaşdırır. Lakin müharibə bitsə də, Qərbin maraqları, ABŞ soyğunçuluğu təhlükəsizlik səbəbindən İraqda qalma müddətini süni olaraq artırır.

Wikileaks: ABD Irak'ta ağır işkenceye göz yumdu - BBC News Türkçe

Bir il sonra, 2011-ci ildə hərbi bazaların inşaası, İraqda neft istismari ilə yanaşı İran sərhədlərinə nəzarətini də həyata keçirməklə ABŞ, əraziləri təsiri altına salmağa başlayır. Lakin az qala hər gün müxtəlif məntəqələrdə baş qaldıran etirazlar çox keçmir ki, Amerika üçün baş ağrısına çevrilir. Vəd olunan demokratiyanın talançılıq siyasəti ilə əvəzləndiyini söyləyən İraq rəsmiləri Amerikanı öz ərazilərində görmək istəmədiklərini bildirirlər. Belə vəziyyətdə Amerika ölkəni cəhənnəmə çevirmək üçün özü ilə İraqa gətirdikləri İŞİD kartını işə salır.

İŞİD, adından göründüyü kimi əsası (İraq Şam İslam Dövləti) İraqdan başlayaraq Şam şəhərinə qədər ərazilərdə cəhənnəm yaratmaqla gələcəkdə bu təsiri elə Azərbaycan da daxil olaraq müxtəlif müsəlman dövlətlərinin ərazisinə daşımalı idi. (Amerika bir çox cəhətlərə görə Azərbaycana təzyiqlərini elə bu gün də davam etdirməkdədir) İŞİD-in İraqda izlərinə gəlincə demək olar ki, bu Amerikanın İraqın işğalı başa çatdığı dövrə təsadüf edir. 2006-cı ildə İraqın sünnülər yaşayan bölglərində fəaliyyətə başlayan İŞİD, o dövr üçün gözləmə siyasəti tuturdu.

Военное положение: Одежда и аксессуары солдат в Ираке — FURFUR

Amerika təkfirçi silahlı qruplaşmanın İraqın ənənəvi əqidəsi ilə burun-buruna ziddiyyəti səbəbindən İŞİD-in siyasətini öz hədəfləri üçün yetərincə məqbul sayırdı. Eyni halda İŞİD, ABŞ qüvvələrinin təhlükəsiz və itkisiz fəaliyyəti üçün İraqın lazımı nöqtələrini təmizləməli, bununla da iqqəti öz üzərinə götürməklə İraqı Amerikaya hədiyyə etməli idi.

Nəzərə almaq lazımdır ki, İŞİD Amerikadan fərqli olaraq müsəlman və İraq əhalisinin az qala yarısını təşkil edən sünnü məzhəbinin görüntü üçün də olsa daşıyıcısı idi. Bundan əlavə gələcəkdə İranın ərazisində kürd terror kartı da İŞİD-in vasidəsi ilə ABŞ-planı olaraq həyata keçiriləcəkdi. Beləcə İŞİD-Amerika qüvvələrinin İraqdan çıxma ərəfəsində, 2011-ci ildə hərəkətə gəlməsi də bu siyasətə xidmət edirdi. 2011-ci il İraq müharibəsinin sonu, lakin İŞİD müharibəsinin əvvəli oldu.

Qismən İraqı tərk edən ABŞ qüvvələri mövcud qarşıqlıqda həm İraqda qalma səbəblərini İŞİD-ə görə rəsmiləşdirir, eyni halda burada hərbi bazaların lazım olan nöqtələrdə inşaasını gücləndirir. İŞİD qarşıdurmasından istifadə etməklə o, ölkənin siyasi həyatını və təbii sərvətini öz əlində cəmləmək kimi uğurlu siyasətə sahiblənməyə başlayır.

Bağdat'ın düşmesinden 16 yıl geçti; Irak'ta ne değişti? - Timeturk Haber

Tarixin ən ağlasığmaz qəddarlıqlarına başlayan İŞİD, bütün diqqətləri üzərinə çəkə bilir. Hətta İslam dünyası üçün müqəddəs simalardan olan İmam Hüseynin (ə) məzarının dağıdılacağı iddiası da İŞİD-ə məxsus olur. 2014-cü ildə Mosul da daxil olmaqla bir çox şəhərlərdə kütləvi qətliam İraq dövləti daxilində böyük nüfuza malik Ayətullah Sistanini hərəkətə keçirir. İraq Səfərbərlik Qüvvələrinin (Həşdu-Şabe) toplanması təşəbbüsü yerində atılan ən düzgün addım olur.

Üç illik böyük bir savaş keçən Həşdu-Şabe təkfirçiləri tamam çökdürə bilir. Şübhəsiz İŞİD müharibəsi bitincə növbəti dəfə Amerika qüvvələrinin İraqda qalma siyasəti diqqətə gələcəkdi. Bunun üçün Kürdlərin müxtariyyətdən müstəqilliyə addımı da Amerika maraqları çərçivəsində icra edildi. 2017- 2018-ci illər baş qaldıran Kürd dövləti arzuları da İŞİD kimi Həşdu-Şabe əli ilə elə beşiyindəcə boğulur. (Maraqlı fakt isə müstəqilliyini elan edən kürdlər burada kürd bayraqları ilə yanaşı üzərilərinə qoyulan gizli əl, İsrail bayraqlarını da havaya qaldırır.) Bu qələbələr ardı-ardına İraqın daxilində bir birlik və azadlıq əzmini möhkəmləndirincə, diqqətlər bu müharibələrin yeganə banisi və səbəbkarı olan Amerika üzərinə cəmlənir.

U.S.-Led Coalition Forces Begin Air Campaign Against ISIS In Syria | KGOU

Elə buna görə də 2019-cu il İraq parlamenti ABŞ qüvvələrinin İraqdan çıxarılması mövzusunu müzakirə edir. Lakin ABŞ siyasəti, qüvvələrinin İraqda qalması üçün bütün mövcud faktorlardan faydalanır. Hətta beynəlxalq konvensiyaların ziddi olaraq 2020-ci ilin ilk günlərində Həşdu-Şabe başçısı Mehdi Mühəndis və İranlı general Qasim Süleymanini belə qətlə yetirməkdən çəkinməyən Amerika üçün bu da çıxış yolu olmur.

2020-ci ildə parlament Amerika qüvvələrinin İraqdan çıxarılması haqqda qərar qəbul edir. Ancaq Amerikanın buradan çıxmaq istəməməsi səbəbindən 2020-2021-ci illər ərzində İraqda ABŞ bazaları dəfələrlə hücuma məruz qalaraq onların İraqı tərk edilməsi İraq tərəfindən məcburi hal alır. Sıxışdırılan Amerika siyasəti 2020-ci ildə İraqdan hərbi qüvvələrini çəkmək haqqında fikirlər səsləndirsə də, bu qərar 7 Aprel 2021-ci il İraq və Amerika dövlətləri arasında rəsmiləşir. İslam dünyası üçün əhəmiyyətli rola malik və işğala məruz qalmış İraq, bu gün azadlığını əldə etməyə başlayan müsəlman dövlətlərindən biridir. Hər qələbə İslam dünyasını şanlı birlik və vahid ümmət reallığına bir az da yaxınlaşdırır.

Əbülfəz Bünyadov

Müsəlman Birliyi Hərəkatının mətbuat katibi