İran prezidentinin Rusiya parlamentində çıxışı-TAM MƏTN

İran prezidentinin Rusiya parlamentində çıxışı-TAM MƏTN

"Yalnız Xalis İslam düşüncəsi təkfirçi terrorizmin yaranmasının qarşısını ala bilər"

"ABŞ-ın terrorçularla "şər ittifaqı" dünyaya, xüsusən də Suriyadan Əfqanıstana kimi Qərbi Asiya xalqlarına aydındır. İndi təkfirçi terrorçuları Qafqazdan Mərkəzi Asiyaya yeni missiyalara göndərmək üçün mürəkkəb planlar hazırlanır. Təcrübə göstərir ki, ifratçılıq və təkfirçi terrorizmin formalaşmasının qarşısını ala bilən yeganə amil xalis İslam düşüncəsidir."

İran İslam Respublikasının prezidenti Ayətullah Seyid İbrahim Rəisi Rusiyaya səfəri zamanı Rusiya Dumasında iştirak edib və bildirib ki, İran İslam Respublikası bütün dünya ölkələri, xüsusilə qonşu dövlətlər və alyans ölkələr ilə "maksimum qarşılıqlı fəaliyyət" ardıncadır. Ayətullah Rəisi bildirib ki, bu əməkdaşlığın və qarşılıqlı fəaliyyətin məqsədi və əsası xalqların qarşılıqlı maraqları və "sivil qlobal birliyin" getdikcə formalaşmasıdır.

Ayətullah Seyid İbrahim Rəisinin Rusiya Dumasında etdii çıxışının tam mətni belədir;

Mehriban və Mərhəmətli Allahın adı ilə

Hörmətli cənab Valudin

Hörmətli Rusiya Dövlət Dumasının sədri!

Hörmətli nümayəndələr!

Xanımlar və cənablar!

Əvvəlcə gözəl Moskva şəhərində məni və müşayiət edən nümayəndə heyətimi səmimi qəbul və qonaqpərvərliyinizə görə Rusiya Federasiyasının vətənpərvər hökuməti və xalqından məmnun olduğumu bildirmək istərdim.

Fürsətdən istifadə edib Rusiya xalqını və hökumətini İsa Məsihin doğum günü və Yeni il münasibətilə təbrik edirəm.İran xalqı və İslam dünyası İsa (ə) və onun pak anası Həzrət Məryəmə xüsusi hörmətlə yanaşır.Və Quran təlimlərinə görə, bütün İbrahimi dinlərin ən mühüm ortaq mesajının aləmlərin Rəbbinə ibadətlə bəşəriyyətin mənəvi inkişafı olduğuna yəqini vardır ki, bu da, özlüyündə sülh və səmimiliyin inkişafında İlahi cəmiyyətin formalaşmasına və nəticədə insan cəmiyyətlərinin yaranmasına kömək edir.Eyni zamanda daim Allaha ibadət etməklə, Allahdan qeyrisinə itaət və ibadət etməkdən çəkinməklə məna kəsb edir.

Mən çox şadam ki, bu səfərin planlarında Dövlət Dumasında iştirak etmək və sizinlə, Rusiyanın qədim mədəniyyətinə və sivilizasiyasına malik xalqın nümayəndələri ilə görüşmək imkanı var idi. Bu münasibətlə mən Rusiya Dövlət Dumasının hörmətli sədri cənab Valodinə, Duma sədrinin müavininə, Xarici Əlaqələr Komitəsinin sədrinə və Dövlət Dumasının digər üzvlərinə bu proqramın təşkilinə və danışmaq imkanı yaratmaq üçün lazımi şəraiti təmin etdiklərinə görə təşəkkür etmək istəyirəm.

Cənab Valodinlə səmimi görüşdə və konstruktiv söhbətdə qeyd etdiyim kimi, Rusiya siyasi nümayəndə heyəti mənim andiçmə mərasimimdə iştirak edərkən; İran İslam Respublikası, Rusiya Federasiyası ilə əlaqələri inkişaf etdirmək və genişləndirmək üçün lazımi iradə və hazırlığa malik olduğunu vurğulamışam.

Xoşbəxtlikdən iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlıq üçün çox aydın üfüqlər var. İran-Rusiya əlaqələrinin ikitərəfli və çoxtərəfli formada gücləndirilməsi iki xalqın iqtisadiyyatını yüksəldəcək, regional və beynəlxalq təhlükəsizliyi gücləndirəcək. İki ölkənin zəngin və bir-birini tamamlayan iqtisadi və ticarət imkanları, hər iki ölkənin öz coğrafi ərazilərindəki gücü və təsiri ilə yanaşı, regionlar arasında yaxınlaşmanı gücləndirə bilər.

İran İslam Respublikası bütün dünya ölkələri, xüsusən də qonşu ölkələr və müttəfiqləri ilə "maksimum qarşılıqlı fəaliyyət" axtarır. Bu əməkdaşlığın və qarşılıqlı fəaliyyətin məqsədi və əsasını xalqların qarşılıqlı maraqları və "sivil qlobal birliyin" getdikcə formalaşması təşkil edir. Bu yola müstəqil dövlətlərin transsendent mədəniyyətlərlə əməkdaşlığı və "ədalət, əxlaq və mənəviyyat" prinsipləri ilə nail olmaq olar. Şübhəsiz ki, bu gün bəşər cəmiyyətinin əziyyət çəkdiyinin kökündə siyasətin əxlaq və mənəviyyatdan ayrılması dayanır.

Zorakılıq, terror, ailə birliyinin dağılması və narkotiklərin yayılması mənəviyyata bağlı düşüncədən irəli gəlmir. Bu ayrı-seçkilik əsasında yaradılan hər hansı quruluş, bəşəriyyətin iztirablarını gücləndirir və ədaləti təbliğ etmək əvəzinə zülmü strukturlaşdırır, hökmranlıq səbəblərini yaradır.

Hörmətli Nümayəndələr!

Hakimiyyət və hökmranlığa əsaslanan beynəlxalq sistemin təcrübəsi göstərir ki, onun nəticəsi müharibə, zorakılıq, etibarsızlıq və millətlər arasında parçalanmadan başqa bir şey deyildi. Hərbi işğal və işğal siyasətinin iflasa uğraması və ABŞ-ı İraq və Əfqanıstandan qaçmağa məcbur etməsi bir konsepsiyadan irəli gəlir; Millətlərin müqaviməti.

Müqavimət ideyası ölkələrin müstəqilliyinə xidmət edir. Müasir dövrdə müqavimət anlayışı inhibə balansında mərkəzi rol oynayır. Suriyada İran-Rusiya əməkdaşlığının uğurlu modeli həm də Suriya xalqı və hökumətinin müqavimətinin davamı, ölkələrin müstəqilliyinə zəmanət və regional təhlükəsizliyin möhkəmləndirilməsi olmuşdur. Bu yol uğrunda biz Rusiya Federasiyasının prezidenti cənab Putinin ağıllı rəhbərliyi ilə əməkdaşlıq etdik ki, bu da təqdirəlayiqdir və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün səmərəli model sayıla bilər.

Bununla belə, terrorizmlə müharibə hegemonluğa qarşı müharibənin bir hissəsi olmuşdur; Çünki terror hegemonluğun yan məhsullarından biridir. İndi hegemon strategiya iflasa uğrayıb və ABŞ ən zəif nöqtəsindədir, müstəqil ölkələrin gücü isə tarixi yüksəlişdədir. Bu çağda sayıqlıq tələb edən mühüm məsələ hegemon istəklərin aradan qalxmaması və yeni hegemonluq formalarının gündəmə gəlməsidir. Bu gündəmin ən mühüm məqsədi müstəqil hökumətləri daxildən zəiflətməkdir; Hansı ki, iqtisadi sanksiyalar, sabitliyin pozulması, etibarsızlığın təbliği və hadisələrin yalan rəvayətləri vasitəsilə həyata keçirilir; Elə bir şəkildə ki, ictimai rəydə zalımın və məzlumun yerini dəyişməyə çalışırlar.

ABŞ-ın terrorçularla "şər ittifaqı" dünyaya, xüsusən də Suriyadan Əfqanıstana kimi Qərbi Asiya xalqlarına aydındır. İndi təkfirçi terrorçuları Qafqazdan Mərkəzi Asiyaya yeni missiyalara göndərmək üçün mürəkkəb planlar hazırlanır. Təcrübə göstərir ki, ifratçılıq və təkfirçi terrorizmin formalaşmasının qarşısını ala bilən yeganə amil xalis İslam düşüncəsidir.

Digər tərəfdən, NATO müstəqil ölkələrin ümumi maraqlarını təhdid edən yeni çehrələrlə müxtəlif coğrafi ərazilərə nüfuz etməyə çalışır. Qərb hökumətlərini təşviq etmək və milli kimliklərə və ənənələrə əsaslanan müstəqil demokratiyalara qarşı durmaq NATO-nun bu azalan davranış modelinin ikiüzlülüyünü əks etdirən mədəni layihələrinin bir hissəsidir.

Xanımlar və cənablar!

Xalqlara sanksiya tətbiq etmək "müasir hökmranlığın" ən geniş yayılmış formalarından biridir və ona qarşı mübarizə müstəqil dövlətlərin əməkdaşlığını və kollektiv reaksiyanı tələb edir; Əks halda, sanksiyalar müxtəlif bəhanələrlə bütün ölkələrə, hətta ABŞ-ın müttəfiqlərinə də təsir edəcək. ABŞ sanksiyaların İran İslam Respublikasının nüvə fəaliyyətləri ilə əlaqədar olduğunu iddia edir. Hər kəs bilir ki, bu fəaliyyətlər qanunidir və Beynəlxalq Atom Enerjisi Agentliyinin daimi nəzarəti altındadır. Amma fakt budur ki, İranın tərəqqisinin müxtəlif tarixi dövrlərində millətimiz nə zaman milli kimlilik, istiqlaliyyət və ya elmi inkişaf bayrağı qaldırırsa, İran millətinin düşmənlərinin sanksiyaları və təzyiqləri ilə üzləşmişdir.

Hörmətli nümayəndələr və auditoriya iştirakçıları!

İran İslam Respublikasının siyasəti İslam İnqilabının Ali Məqamlı Rəhbərinin fətvasına əsasən ondan ibarətdir ki, biz nüvə silahı ardınca deyilik və bu silahın müdafiə strategiyamızda yeri yoxdur! Amerika millətimizin hüquqlarına qarşı çıxmaq istəyir. Bizim fəlsəfəmiz də bəllidir: "Biz öz millətimizin hüquqlarını müdafiə etməkdən əl çəkməyəcəyik!". "Amerika qayıtdı" şüarını səsləndirənlərə bildiririk ki, ABŞ və müttəfiqləri hələ də nüvə sazişindəki öhdəliklərinə qayıtmayıblar. Bizi hüquqlarımızdan başqa heç nə qane etmir. Əgər digər tərəflər sanksiyaların effektiv şəkildə aradan qaldırılmasında ciddidirlərsə, İran İslam Respublikası razılığa gəlməyə ciddi yanaşır.

Xanımlar və cənablar!

İran İslam Respublikasının müstəqil hökumətlərlə maksimum qarşılıqlı əlaqəsi siyasəti orijinaldır və beynəlxalq mühitdə baş verən proseslərdən asılı olmayaraq belə də davam edəcək. İran İslam Respublikası iki döyüş meydanının, terrora qarşı və maksimum iqtisadi təzyiq kampaniyasının qalibidir.

Eyni zamanda, İran İslam Respublikası xüsusilə enerji, ticarət, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində geniş iqtisadi potensiala malikdir ki, bu da müxtəlif ölkələrlə istənilən ikitərəfli və ya çoxtərəfli qarşılıqlı fəaliyyət üçün faydalı əməkdaşlığa yol açır.

Bu baxımdan İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında əsas razılaşmalar əldə edilməsi, ikitərəfli iqtisadi əlaqələrin yaradılması həm iki xalqın xeyrinə, həm də müxtəlif bölgələrdə əhəmiyyətli sıçrayışa və xalqların sülh və sabitliyi naminə səmərəli regional əməkdaşlığın yaranmasına səbəb olacaq. İranın imtiyazlı coğrafi mövqeyi, xüsusən də şimal-cənub dəhlizi Hindistandan Rusiyaya və Avropaya ticarəti daha ucuz və rövnəqli ola bilər.

İki ölkə arasında münasibətlərin sabitləşməsi və fayda verməsi elmi, sosial, mədəni və media sahələrində əməkdaşlığın genişləndirilməsini tələb edir və biz sabit və uzunmüddətli əlaqələri maksimum dərəcədə inkişaf etdirməyə hazırıq. Bu məqsədlə hesab edirik ki, iki ölkə arasında münasibətlər elə qurulmalıdır ki, qarşılıqlı fayda təmin etməklə yanaşı, həm də üçüncü tərəflərin müdaxiləsindən təhlükəsiz olsun.

Hörmətli Nümayəndələr!

Sevindirici haldır ki, iki ölkənin parlamentləri arasında yaxşı əlaqələr mövcuddur və Ali Parlament Komissiyası, müxtəlif komissiya və komitələr, o cümlədən parlament dostluq qrupları arasında mövcud olan qarşılıqlı əlaqələr parlamentlərarası əlaqələri inkişaf etdirməklə yanaşı, dostluq əlaqələrini də inkişaf etdirir. İki tərəf arasındakı əlaqələr xüsusilə iqtisadi sahədə çox kömək edir. Biz iki ölkə arasında münasibətlərin inkişafı üçün parlamentlərin rolunu çox mühüm hesab edirik və bunu həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə alqışlayırıq.

İran İslam Respublikası Rusiyanın terrorla mübarizədə İran, Rusiya, Türkiyə, Pakistan və Çin parlamentlərinin sədrlərinin iclasının keçirilməsi təşəbbüsünü nəzərdən keçirir və dəstəkləyir.

Ümid edirik ki, regional və beynəlxalq məsələlərdə iki ölkənin imkanlarından istifadə etməklə və əməkdaşlığı davam etdirməklə, biz münasibətlərin inkişafını və bu əlaqələrin faydalarından iki ölkə xalqının faydasını görəcəyik və regionda sabitlik, sülh və əmin-amanlığın bərqərar olmasını müşahidə edəcəyik.

Diqqətinizə görə səmimi qəlbdən təşəkkür edirəm." (ABNA)