İran Fransaya nota verdi

İran Fransaya nota verdi
Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb. Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili, Fransa rəhbərliyinin Həzrət Peyğəmbər (s) haqqında nəşr edilən təhqiramiz karikaturaları dəstəkləməkdə israrına etiraz olaraq İran Xarici İşlər Nazirliyinə çağrılıb. İran XİN Fransa rəhbərliyinin dünya və avropada milyonlarla müsəlmanın narahatlığına səbəb olan bu addımlarını qəbul edilməz adlandırıb və bildirib ki, İslam Peyğəmbərinə (s) və İslami dəyərlərinə qarşı hər bir şəxs və ya rəsminin hər növ hörmətsizliyi qəbul edilməzdir və biz bunu pisləyirik. İran XİN Fransa rəhbərliyinin söz azadlığı adı ilə islamofobiya və nifrət yaradacaq hərəkətləri ilə insanların dinc və sülhyönlü birgə yaşayış prinsiplərinə ziddi addımlar atmasından təssüfləndiyini bildirib. Qeyd edək ki, Fransa lideri Makron “söz azadlığına” görə Məhəmməd Peyğəmbərin (ə) karikaturalarının çəkilməsinə mane olmayacağını bildirmişdi.(maide.az)