İlham Əliyev: "Həyat göstərdi ki, ədalət var, sadəcə..."

İlham Əliyev: "Həyat göstərdi ki, ədalət var, sadəcə..."

İlham Əliyev: "Həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır"

"İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur".

Bu sözləri Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edərkən deyib.

İlham Əliyev bildirib ki, işğal zamanı o da dünyada ədalətin olmamasını düşünüb:

"Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır.

Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq". (oxu.az)