Hulusi Kılıç: "Rusiya sülhməramlıdırsa, vəzifəsini yerinə yetirsin..."

Hulusi Kılıç: "Rusiya sülhməramlıdırsa, vəzifəsini yerinə yetirsin..."

 Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç yerli telekanalda qonaq olarkən Rusiyanın Qarabağdakı sülhməramlı adı altında qanunazidd əməllərini pisləyib:

"Ümid edirik ki, qarşıdakı dövrdə Birgə Monitorinq Mərkəzi öhdəliklərini icra edər.

Sülhməramlıların Azərbaycanın da haqqını qorumasını gözləyirik. Biz haqq və hüquqdan yanayıq. 10 noyabr 2020-ci il bəyanatı və 11 yanvar 2021-ci il razılaşmasının icra edilməsi bizim üçün əsasdır.

Hazırda ciddi problem olmadığını bilirik. Amma o demək deyil ki, heç vaxt da olmayacaq.

"Prosesi diqqətlə izləyirik və lazım olarsa, müdaxilə edəcəyik. Biz bölgədə sülh olmasını, Zəngəzur dəhlizinin açılmasını və kommunikasiyanın bərpa edilməsini istəyirik".