Hacı İlham Əliyevin məhkəməsi keçirilib

Hacı İlham Əliyevin məhkəməsi keçirilib

Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin məhkəməsi baş tutub.

İlahiyyatçının vəkili Cavad Cavadovun verdiyi məlumata görə, məhkəmə qapalı keçirilib. Bu günkü məhkəmədə dindirilmələr olub və növbəti məhkəmə noyabarın 23-ü, saat 16:00-a təyin edilib.