Gürcüstan ABŞ-dan "Javelin" raketlərini alacaq 

Gürcüstan ABŞ-dan "Javelin" raketlərini alacaq 

Gürcüstan 2021-ci ildə ABŞ-dan əlavə tank əleyhinə “Javelin” raket qurğuları partiyası almağı planlaşdırır.

Bu barədə Gürcüstan müdafiə nazirinin vəzifələrini icra edən İrakli Qaribaşvili parlamentdəki çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, ölkənin müdafiə qüvvələri son illərdə bir partiya “Javelin” əldə edib və bu proses növbəti illərdə də davam edəcək.

Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.