Əfqanıstandakı hücumu İŞİD öz üzərinə götürdü

Əfqanıstandakı hücumu İŞİD öz üzərinə götürdü

Əfqanıstanın paytaxtına atılan raket hücumlarını İŞİD öz üzərinə götürüb.

 İŞİD terror təşkilatı bu gün səhər saatlarında paytaxt Kabilə edilən raket hücumunu təşkil etdiklərini etiraf ediblər. Xatırladaq ki, raketlərdən biri binaya dəymişdi. Ölən və yaralananlar barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, Kabil hava limanındakı partlayışı da İŞİD-ın törətdiyi iddia edilir. Bu barədə "Politico" qəzeti yazıb. Qəzet Pentaqondakı müvafiq müzakirənin məzmununu izah edən sənədlərə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Mark Milli 25 avqustda səhər keçirilən iclasda Xorasandakı İŞİD terrorçularına aid əhəmiyyətli kəşfiyyat məlumatlarını paylaşdı. O bildirdi ki, İŞİD kompleks şəkildə hücum hazırlayır.

Ancaq, bununla bağlı tədbirləri lazımi şəkildə görmək mümkün olmadı. Belə ki, Pentaqon hava limanının əsas girişlərindən biri olan olduqca vacib "Abbi" qapısını bağlamadı. Çünki, İngiltərə ordusunun təxliyə edilməsinə icazə vermək üçün qapını planlaşdırıldığından daha uzun müddət açıq buraxmaq lazım idi. Belə də oldu. Nəticədə bölgəyə daxil ola bilən İŞİD terrorçusu partlayış həyata keçirdi. Nəticədə 13 -ü ABŞ əsgəri olmaqla 200 -dən çox adam öldü.