Ermənistanın yeni müdafiə Bakıda təhsil alıb-DOSYE

Ermənistanın yeni müdafiə Bakıda təhsil alıb-DOSYE

Xəbər verdiyimiz kimi, Vaqarşak Arutyunyan Ermənistanın yeni müdafiə naziri təyin olunub

General-leytenant rütbəsi daşıyan Vaqarşak Arutyunyan 28 aprel 1956-cı ildə keçmiş Gürcüstan SSR-nin ermənilər yaşayan Axalkalaki bölgəsində anadan olub.

1978-ci ildə Bakıdakı S. Kirov adına Xəzər Ali Hərbi Dənizçilik Məktəbinidəm məzun olub. 1991-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında təhsil alıb.

1991-1992-ci illərdə Daxili işlər nazirinin müavini, Ermənistan Respublikası Müdafiə Komitəsi sədrinin birinci müavini olub. 1992-1994-cü illərdə MDB ölkələrinin Birgə Silahlı Qüvvələri Baş Komandanlığı Baş qərargah Başçısının müavini vəzifəsini icra edib.

1994-1999-cü illərdə MDB-də Hərbi Əməkdaşlığı Koordinasiya Baş qərargah Başçısının müavini və Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsi olub.

1999-2000-ci illərdə Ermənistanın Müdafiə naziri postunu tutub. 23 iyul 2002-ci ildə Ermənistanın sabiq baş naziri Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyanın rəhbərlik etdiyi "Respublika" Partiyasına daxil olub.

Qeyd edək ki, Vazgen Sarkisyanın 1999-cu ildə Ermənistan parlamentində törədilən terror aktı nəticəsində öldürülüb. 2002-ci ildə prezident Robert Koçaryanın fərmanı ilə hərbi rütbələrindən məhrum edilib.

2005-ci ildə Albert Bazeyan ilə birlikdə Milli Dirçəliş Partiyasını qurub. 2007-ci ildə partiya fəaliyyətini dayandırıb və "Ramkavar Azatakan" partiyası ilə birləşib. 2019-cu ildə general-leytenant hərbi rütbəsi bərpa edilib. 2020-ci ildə baş nazir Nikol Paşinyanın hərbi məslələr üzrə baş müşaviri təyin edilib.