“Ermənistanın mülki vətəndaşlara qarşı müharibə cinayətləri dayanmır”

“Ermənistanın mülki vətəndaşlara qarşı müharibə cinayətləri dayanmır”
Hikmət Hacıyev: “Ermənistan tərəfindən öldürülən mülki şəxslərin sayı artmaqda davam edir” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin bu gün mülki əhalinin yaşadığı Bərdə və Tərtərə etdiyi hücumla bağlı fikrini bildirib. H.Hacıyev “Twitter” hesabında bu barədə paylaşım edib: “Ermənistanın Azərbaycan mülki vətəndaşlarına qarşı müharibə cinayətləri dayanmır. Ermənistanın hücumu nəticəsində Bərdədə bir gənc oğlan öldürüldü və Azərbaycanın Tərtər bölgəsində daha bir mülki şəxs yaralandı. Ermənistan tərəfindən öldürülən mülki şəxslərin sayı artmaqda davam edir”. Armenia's #WarCrimes against Azerbaijani civilians doesn't stop. As a result of Armenia's attack teenager boy was killed in Barda and another civilian is wounded in Tartar region of Azerbaijan. Death toll of civilians killed by Armenia continues to grow. — Hikmet Hajiyev (@HikmetHajiyev) November 7, 2020