Ermənistan PKK-çıları hərbçilərimizin formasına uyğun geyindirib

Ermənistan PKK-çıları hərbçilərimizin formasına uyğun geyindirib
“Ermənistan PKK-çıları Şuşada yerləşdirib, Azərbaycan hərbçilərinin formasına uyğun geyindirib” “Çox etibarlı kəşfiyyat məlumatlarına görə, Ermənistan hökuməti PKK terrorçularını Şuşa şəhərinə yerləşdirib və onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”. Bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H. Hacıyevin sözlərinə görə, bunun iki məqsədi var: “Birincisi, Azərbaycan Silahlı Qüvvələrini yanıltmaq, ikinci məqsəd isə itkilər olduqda, onların guya Azərbaycan Silahlı Qüvvələri sırasında döyüşdüyünü iddia etməkdir”. (virtualaz)