Ermənilər Bərdəyə raket atdı-3 nəfər Şəhid oldu

Ermənilər Bərdəyə raket atdı-3 nəfər Şəhid oldu
3 mülki şəxs həlak olub, 10 nəfər uşaq və qadın ağır yaralanıb “Ermənistanın Bərdə rayonuna etdiyi nəhəng raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 10 nəfər uşaq və qadın ağır yaralanıb. Ermənistanın hərbi cinayətləri davam edir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb: “Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”. Qeyd edək ki, bu gün terrorçu Ermənistan ordusunun atdığı raket Bərdə rayonunun Qarayusifli kəndi ərazisinə düşüb.