Erməni terrorçularının qətillərinin siyahısı

Erməni terrorçularının qətillərinin siyahısı

Ermənilər bütün dünyada dinc insanları hər zaman hədəf alıb. Qeyd edək ki, əsrin 70-80-ci illərində dunyann muxtəlif ölkələrində, əsasən Türkiyə diplomatlarına qarsı erməni terror təskilatları tərəfindən 200-dək terror aktı törədilib. Bu araşdırmada erməni terrorçularının bütün dünyada törətdikləri terror hadisələrindən nümunələr göstərilib.

Erməni TERRORU: 

"Daşnaksütyun" partiyasının keçirdiyi terror aksiyası "Nemezis" əməliyyatı adlanır. 1919-cu ilin oktyabrında "Daşnaksütyun" partiyası İrəvanda keçirdiyi IX qurultayda "Nemezis" intiqamçı terror hərəkatına başlamaq haqqında qərar verib. Nemezes yunan mifologiyasında intiqam mələyinin adı idi.

Armen Qaronun rəhbərlik etdiyi "Nemezis"in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınıb. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları "Daşnaksütyun" partiyasının "Nemezis" terror hərəkatının hədəfinə çevrilib.

19 iyun 1920-ci il -Gürcüstan

Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri Fətəli xan Xoyskini Tiflis şəhərində erməni terrorçusu Aram Yerkanyan qətlə yetirib.

İyul 1920-ci il - Gürcüstan

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Həsən bəy Ağayev Tiflis şəhərində ermənilər tərəfindən qətlə yetirilib.

1920-ci il - Gürcüstan

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli Tiflis şəhərində ermənilər tərəfindən qətlə yetirilib.

15 mart 1921-ci il - Almaniya

Osmanlı imperiyasının Daxili işlər naziri Tələt paşa Berlində qətlə yetirilib.

19 iyul 1921-ci il - Türkiyə

Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri Behbud xan Cavanşiri İstanbulda "Daşnaksütyun" partiyasının üzvü Misak Torlakyan qətlə yetirib.

25 iyul 1922-ci il - Gürcüstan

Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri, Osmanlı ordusunun Suriyadakı 4-cü ordusunun baş komandanı Camal Paşanı və onun müavinini erməni terrorçuları Petros Ter-Poqosyan və Artaşes Gevorkyan Tiflis şəhərində qətlə yetirib.

 4 avqust 1922-ci il - Əfqanıstan

Osmanlı imperiyasının hərbi naziri Ənvər Paşanı ermənilər Əfqanıstan yaxınlığında qətlə yetirdi.

20 yanvar 1975-ci il Livan

 Beyrut Ümumdünya Kilsə Şurasının mənzil gərargahının partladılması.

7 fevral 1975-ci il Livan

Beyrut Türkiyə informasiya və turizm bürolarının ofisində quraşdırılmış bombanı zərərsizləşdirmək istərkən, bomba işə düşmüş və bir nəfər livanlı polis ağır xəsarət alıb.

ASALA terror aktına görə məsuliyyəti öz boynuna götürüb.

20 fevral 1975-ci il Livan

 Beyrut Türkiyə avia şirkətinin ofisinin qarşısında partlayıcı qurğu işə düşür, ofisin binasına ciddi ziyan dəyir.

14 oktyabr 197-ci il Fransa

Paris Türkiyənin bu ölkədəki səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilir, ESƏD məsuliyyəti öz boynuna götürür. Lakin sonra ASALA bu terror aktını onun təşkil etdiyini bildirir. Mütəxəssislərin fikrincə bu aksiyanın təşkilində hər iki terror təşkilatı iştirak edib.

22 oktyabr 1975 Avstriya

Vyana Türkiyə səfirliyinə daxil olan üç nəfər erməni terrorçu səfir Danış Tunalıgili avtomatik silahla qətlə yetirirlər. 

28 oktyabr 1978 Livan

Beyrut Türkiyə səfirliyi raketlərlə atəşə tutulur.

1976-1979 Türkiyə

Türkiyədə İqtisadi və hərbi xarakterli obyektlərdə diversiyalar və obyektlərə hücumlar.

16 fevral 1976 Livan

Beyrut Türkiyə səfirliyinin birinci katibi Oktar Siri ASALA terrorçusu tərəfindən qətlə yetirilir.

17 may 1976 AFR

Frankfurt, Köln, Essen Türk konsulluqlarında partlayışlar.

2 mart 1977 Livan

Beyrut Türkiyə səfirliyinin hərbi və inzibati məsələlər üzrə attaşesi, Nahit Karakay və İlhan Özbabakanın avtomobilləri partladılır.

6 iyun 1977 İsveçrə

Sürix Güclü partlayış nəticəsində, milliyyəti türk olan Hüseyn Bülbülə məxsus mağaza tam dağıdılır. 

2 iyun 1978 Madrid

Avtomatik silahla silahlanmış üç erməni terrorçusu türk səfiri Zəki Küneralpın maşınını atəşə tutur. Atəş nəticəsində səfirin həyat yoldaşı Neqla Küneralp, maşında olan keçmiş səfir Bəşir Balsoğlu həlak olur. Milliyətcə ispan olan sürücü Antonio Torres aldığı yaralardan xəstəxanada keçinir.

17 dekabr 1978 İsveçrə

Cenevrə Cenevrədə yerləşən türk aviaşirkətlərindən birinin ofisində, partlayıcı qurğu işə düşür, partlayış nəticəsində xəsarət alan olmasa da ofisə ciddi ziyan dəyir.

7 avqust 1979 AFR

Frankfurt Türk aviaşirkətinin ofisində partlayış baş verir, partlayış nəticəsində küçədən keçən alman vətəndaşı yaralanır.

22 avqust 1979 İsveçrə

Cenevrə Türkiyənin Cenevrədəki konsulu Niyazi Adalının maşınına qoyulmuş partlayıcı qurğu işə düşür. Hadisə nəticəsində küçədən keçən bir neçə isveşrəli yaralanır.

4 oktyabr 1979 Danimarka

Kopenhagen Türk aviaşirkətinin ofisi yaxınlığında baş vermiş partlayış nəticəsində ofisə ciddi ziyan dəyir, iki nəfər danimarkalı isə yaralanır.

12 oktyabr 1979 Niderland

Haqqa şəhərində Türkiyənin bu ölkədəki səfiri Özdəmir Benlərin oğlu 27 yaşlı Əhməd Benlər öz maşınında qətlə yetirilir. Bu qətlə qörə məsuliyyəti ASALA və ESƏD öz üzərinə götürür.

30 oktyabr 1979 İtaliya

Milan Türk avia şirkəninn ofisində partlayış.

8 noyabr 1979 İtaliya

Paytaxt Romada baş verən partlayış nəticəsində Türkiyə səfirliyinin binasına ciddi ziyan dəyib.

18 noyabr 1979 Fransa

Parisdə üç aviaşirkətin ofisinin qarşısında partlayış baş verir. Nəticədə Türk hava yolları, KLM və Lufthanza şirkətinin ofislərinə ciddi ziyan dəyir, iki fransız polis isə yaralanır.

25 noyabr 1979 İspaniya

Paytaxt Madriddə Britaniya hava yolları şirkətinin və amerikan aviaşirkətlərindən birinin ofisini qarşısında partlayış baş verir. Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürür və bunu Roma papası II İoann Pavelə onun Türkiyəyə nəzərdə tutulan səfərdən vaz keçməsi üçün xəbərdarlıq olduğunu elan edir.

17 dekabr 1979 Böyük Britaniya

Türk aviaşirkətinin Londondakı ofisinin qarşısında partlayış baş verir. Partlayış nəticəsində, binaya ciddi ziyan dəyir.

22 dekabr 1979 Fransa

Paris Türkiyə səfirliyinin turizm məsələləri üzrə attaşesi, Elmaz Şolpan Parisin mərkəzində qətlə yetirilib. Bu partlayışla bağlı bir -neçə erməni terror qrupu, eyni zamanda ASALA məsuliyyəti öz üzərinə götürüb.

22 dekabr 1979 Niderland

Amsterdamda Türk hava yolları şirkətinin ofisinin qarşısında partlayış baş verir. Binaya ciddi ziyan dəyir.

23 dekabr 1979 İtaliya

Paytaxt Roma Kilsələr şurasının qarşısında partlayış baş verir.

23 dekabr 1979 İtaliya

Romada Fransa və ABŞ aviaşirkətlərinin ofislərinin qarşısında üç partlayış baş verir, partlayışlar nəticəsində küçədən keçən bir çox adam yaralanır. Terror aktına görə məsuliyyəti öz boynuna götürən ASALA bunun ermənlərə qarşı apardığı siyasətə görə Fransa hokümətinə cavab olduğunu elan edir.

10 yanvar 1980 İran

Tehranda Türkiyə aviaşirkətinin bürosunun qarşısında partlayış baş verir.

18 fevral 1980 İtaliya

Romada "Lüfthanza", "Svis Eyr" və "El Al" şirkətlərinin ofisləri partladılıb. ASALA terror aktlarına görə məsuliyyəti öz boynuna götürür və terror aktlarının səbəbini belə izah edir: "Lüfthanza" – türk faşizminə yardım edən alman hökumətinin cəzalandırılması məqsədi ilə "Svis Eyr" - gunahsız ermənləri həbsxanaya salmaması üçün İsveçrə hökumətinə xəbərdarlıq, "El Al" – Sioznizmə görə".

19 may 1980 Fransa

Marseldə Türkiyə konsulluğuna yönəldilmiş, konsulluğun binasını vurmaq üçün nəzərdə tutulmuş raket aşkarlanıb və zərərsizləşdirilib.

31 iyul 1980 Yunanıstan

Afinada Türkiyə səfirliyinin idarəetmə məsələləri üzrə attaşesi Qalib Özman ailəsi ilə birlikdə avtomobildə olarkən, terrorçuların hücumuna məruz qalıb. Nəticədə Qalib və onun 14 yaşlı qızı Nəslihan hadisə yerindəcə həlak olub. Qalibin həyat yoldaşı Sevil və 16 yaşlı oğlu Kaan isə ağır yaralanıb.

5 avqust 1980 Fransa

Lyonda İki erməni terrorçusu türk konsulluğunun binasına zorla daxil olaraq, qapıçıdan konsulun yerini deməsini tələb edirlər. Konsulluğa girən ermənilər iki nəfəri öldürür, iki nəfəri yaralayır.

26 sentyabr 1980 Fransa

Parisdə erməni terrorçuları iki dəfə Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə attaşesi Selcu Baklabaşına atəş açırlar. O, sağ qalır, lakin ömürlük iflic olur.

3 oktyabr 1980 İsveçrə

Cenevrədə öz otel otaqlarında bomba hazırlayarkən iki erməni terrorçu Süzi Mesxedjan və Aleksandr Yeniqomşyan yaralanır. Onların həbsi ASALA–nın yeni qrupunun "3 oktyabr qrupunun" yaradılmasına səbəb olur. Bu qrup bütün dünyada İsveçrə təşkilatlarına hücumlar həyata keçirməyə başlayır.

3 oktyabr 1980 İtaliya

Milanda Türk aviaşirkətinin ofisinin qarşısında baş verən partlayış nəticəsində, iki nəfər İtaliya vətəndaşı yaralanır.

5 oktyabr 1980 İspaniya

Madrid Partlayış nəticəsində "Al İtaliya" aviaşirkətinin ofisinə ciddi ziyan dəyir, 12 nəfər yaralanır.

10 oktyabr 1980 Livan

Beyrutun qərbində İsveçrə təşkilatlarının qarşısında bir neçə partlayış baş verir. Terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu oz boynuna götürür. Onların ardınca İngiltərədə İsveçrə təşkilatlarına qarşı oxşar terror aktları törədən digər qruplar da məsuliyyəti öz üzərinə götürür.

12 oktyabr 1980 Böyük Britaniya

Londonda partlayış nəticəsində Türkiyə turizm və məlumat bürosuna ciddi ziyan dəyir.

12 oktyabr 1980 Böyük Britaniya

Londonda İsveçrə ticarət mərkəzində partlayış baş verir, terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu öz üzərinə götürür.

13 oktyabr 1980 Fransa

Parisdə baş verən partlayış nəticəsində İsveçrə turizm bürosunun binasına ciddi ziyan dəyir. "3 oktyabr" qrupu partlayışa görə məsuliyyəti öz üzərinə götürür.

21 oktyabr 1980 İsveçrə

Parisdən İnterlakenə qedən qatarda partlayıcı qurğu aşkarlanır. İsveçrə hüquq mühafizə orqanları qurğunun "3 oktyabr" qrupu tərəfindən qoyulduğunu dəqiqləşdirirlər.

4 noyabr 1980 İsveçrə

Cenevrədə baş verən partlayış nəticəsində məhkəmə binası ciddi zədələnir. İsveçrə hüquq mühafizə orqanları partlayışı ASALA – nın törətdiyini bildirir. Bir müddət sonra isə "3 oktyabr" qrupundan olan terrorçular məsuliyyəti öz boynuna götürür.

9 noyabr 1980 Fransa

Strasburqdakı Türkiyə konsulluqunun yaxınlığında baş verən partlayışda konsulluğun binasına ciddi ziyan dəyir. Terror aktına görə məsuliyyəti "Türk – kürd işçi partiyası" və ASALA öz üzərinə götürür.

10 noyabr 1980 İtaliya

Romada yerləşən İsveçrə aviaşirkətinin ofisində və İsveçrə turizm bürosunda baş vermiş partlayış nəticəsində 5 nəfər yaralanır. Terror aktına görə məsuliyyəti "3 oktyabr" qrupu götürüb. Sonra ASALA və "Türk – kürd işçi partiyası" da onlara qoşulur.

19 noyabr 1980 İtaliya

Romada Türkiyə səfirliyi nəzdində fəaliyyət göstərən turizm bürosunun və türk aviaşirkətinin yerləşdiyi binada partlayış baş verir.

25 noyabr 1980 İsveçrə

Cenevrədə baş verən partlayış nəticəsində "İsveçrə banklarının ititifaqı"nın binasına ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb. Partlayışa görə məsuliyyəti "3 oktyabr" təşkilatı götürüb.

5 dekabr 1980 Fransa

Marseldə polis İsveçrə konsullluğuna qoyulmuş partlayıcı qurğunu zərərsizləşdirir. Hüquq mühafizə orqanları partlayıcı qurğunun "3 oktyabr" qrupu tərəfindən qoyulmasını ehtimal edirlər.

25 dekabr 1980 İsveçrə

Sürixdə Kloten hava limanının radiolakasiya sisteminin idarəedici qurğusu partlayış nəticəsində sıradan çıxır. İkinci partlayıcı qurğu isə hava limanının əsas üçuş enmə zolağında aşkar olunur və zərərsizləşdirilir. "3 oktyabr" qrupu terror aktına görə məsulliyəti öz boynuna götürür.

29 dekabr 1980 İspaniya

Madriddə "Svis Eyr" aviaşirkətinin ofisində partlayış baş verir. Hadisə yerindən reportaj hazırlayan jurnalist, ikinci bombanın partlaması zamanı ağır bədən xəsarətləri alır. "3 oktyabr" qrupu terror aktına görə məsulliyəti öz boynuna götürür.

30 dekabr 1980 Livan

Beyrutda "Svis Kredit" şirkətinin ofisində partlayış baş verir. Partlayışa görə məsuliyyəti "3 oktyebr qrupu öz üzərinə götürür.

14 yanvar 1981 Fransa

Parisdə Türkiyə səfirliyinin maliyyə məsələləri üzrə müşaviri Əhməd Erbəylinin maşınında partlayış baş verir. Diplomat heç bir zərər çəkməsə də, ətrafdakı binalara və maşınlara ziyan dəyir. ASALA -nın özünü "Aleks Yeqişemonyan qrupu" adlandıran terrorçu dəstəsi, partlayışa görə məsuliyyəti öz boynuna götürür.

27 yanvar 1981 İtaliya

Milanda partlayış nəticəsində "Svis Eyr" aviaşirkətinin bürosuna ciddi ziyan dəyir. Küçədən keçən iki nəfər İtaliya vətəndaşı yaralanır. "3 oktyabr" qrupu partlayışa görə məsuliyyəti öz boynuna götürür.

3 fevral 1981 ABŞ

Los-Ancelesdə İsveçrə konsulluğunun pilləkanlərı altında gizlədilmiş partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilir. "3 oktyabr" qrupu, məsuliyyəti öz boynuna götürür və İsveçrə hokumətinin erməni terorçusu Syuzi Mesxeredjyanı sərbəst buraxmadıqca bu cür aksiyaların davam edəcəyini bildirir.

5 fevral 1981 Fransa

Parisdə Amerika və Fransaya məxsus iki aviaşirkətin ofisində qoyulmuş partlayıcı qurğuların işə düşməsi nəticəsində  1 nəfər yaralanır, ofislərə ciddi ziyan dəyir. "3 oktyabr erməni milli hərəkatı" adlandırılan qrup terror aktına görə məsuliyyəti öz boynuna götürür.

4 mart 1981 Fransa

Parisdə ASALA -nın Şaan Natali adlı qrupundan olan iki nəfər erməni terrorçu Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşesi Roşat Moralı, səfirlikdə din məsələləri üzrə cavabdeh şəxs olan Teselli Arı və Anadolu bankının Parisdəki nümayəndəsi İlkay Karakoş küçədə avtomobilə əyləşərkən onlara atəş açırlar. Moralı və Karakoş qaçmağa cəhd edirlər. Bu məqsədlə Moralı yaxınlıqdakı kafeyə qirir lakin kafenin sahibi onu itələyib bayıra çıxarır və burada terorçular onu güllələyir. Karakoş gizlənə bilir və sağ qalır. Teselli Arı sabahsı gün xəstəxana keçinir, terorçular hadisə yerindən qaçmağı bacarır.

12 mart 1981 İran

Erməni terrorçuları Tehrandakı Türkiyə səfirliyinə hucum edir. Hücum nəticəsində iki təhlükəsizlik xidməti əməkdaşı öldürülür. Terrorçulardan iki nəfər İran polisi tərəfindən həbs olunur və edam edilir.

3 aprel 1981 Danimarka

Kopenhagendə Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşes Kavit Demir evinin yaxınlığında olarkən erməni terrorçusu ona bir neçə dəfə atəş açır. Həkimlərin səyi nəticəsində diplomat sağ qalır. Cinayətə görə məsuliyyəti ASALA öz üzərinə götürür.

9 iyun 1981 İsveçrə

Cenevrədəki Türkiyə konsulluğunun katibi Mehmet Savaş Ergüzü erməni terrorçusu odlu silahla qətlə yetirir. Milliyətcə erməni olan qatil Martin Camoqçyan polis tərəfindən həbs olunur. Qətlə qörə məsuliyyəti ASALA öz üzərinə götürür.

Camoqçyanın həbsi "9 iyun təşkilatı" adlı terrorçu dəstənin yaranmasına səbəb oldu. Bu dəstənin üzvləri olan erməni terrorçular İsveçrədə və ondan kənarda yerləşən bir neçə İsveçrə şirkətinin ofislərində partlayışlar törədir.

19 iyun 1981 İran

Tehranda "Svis Eyr" aviaşirkətinin ofisində partlayış baş verir. Partlayışa görə məsuliyyəti ASALA – nın "9 iyun təşkilatı" adlı terrorçu dəstəsi öz üzərinə götürür.

26 iyun 1981 ABŞ

İsveçrə banklarının korporasiyasının (Swiss Banking Cooperation) Los-Ancelesdəki ofisinin qarşısında partlayış baş verir. Partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürür.

19 iyul 1981 İsveçrə

Bern şəhərində İsveçrə parlamentinin binasında partlayış baş verib (zibil qabına qoyulmuş partlayıcı qurğu işə düşür). Anonim zəng partlayışı "9 iyun təşkilatı" – nın törətdiyini bildirir.

20 iyul 1981 İsveçrə

Sürixdə beynalxalq hava limanında yerləşən fotoavtomatın içərisinə qoyulmuş partlayıcı qurğu işə düşür. "9 iyun təşkilatı" adlı terrorçu dəstə partlayışa görə məsuliyyəti öz üzərinə götürür.

21 iyul 1981 İsveçrə

Lozanna univermaqında qadın qeyimləri bölməsində partlayış baş verir. 20 nəfər alıcı (hamıssı qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alır. Partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürür.

21 iyul 1981 İsveçrə

Cenevrə dəmir yolu vağzalının saxlanma kamerasına qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər yaralanır. Hüquq mühafizə orqanları bu aktı "9 iyun təşkilatı"- nın törətdiyini hesab edir.

11 avqust 1981 Danimarka

Kopenhagendə iki partlayıcı qurğunun işə düşməsi nəticəsində "Svis eyr" aviaşirkətinin ofisinə ciddi ziyan dəyir, bir nəfər amerikalı turist yaralanır.

Partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürür.

20 avqust 1981 ABŞ

Los-Ancelesdə İsveçrə şirkətinin ofisinin qarşısında partlayış baş verir. Partlayışa görə "9 iyun təşkilatı" məsuliyyəti öz üzərinə götürür.

20 avqust 1981 Fransa

Səhər tezdən "Al İtaliya" aviaşirkətinin Paris nümayəndəliyinin qarşısında partlayış baş verir. Anonim telefon zənqi partlayışa qörə məsuliyyəti "3 oktyabr erməni hərəkatı təşkilatı"nın öz üzərinə götürdüyünü bildirir.

22 avqust 1981 Fransa

"Olimpik Eyrlayns" (Yunanıstan) şirkətinin Paris filialının binası qarşısında partlayış baş verir. Anonim zəng partlayışa görə məsuliyyəti "3 oktyabr erməni hərəkatı təşkilatı"nın öz üzərinə götürdüyünü bildirir.

15 sentyabr 1981 Danimarka

Kopenhagendə Türkiyə aviaşirkətinin ofisinin qarşısında baş vermiş partlayış nəticəsində iki nəfər yaralanır. Polis ikinci partlayıcı qurğunu aşkar edib zərərsizləşdirə bilir. Terror aktına görə məsuliyyəti "altıncı erməni azadlıq ordusu" adlı terrorçu qrup öz üzərinə götürür.

22 sentyabr 1981 İran

Partlayış nəticəsində Tehrandakı İsveçrə səfirliyinin binasına ziyan dəyir. Partlayışa görə məsiliyyəti ASALA-nın terrorçu qrupu olan "9 iyun təşkilatı" öz üzərinə götürür.

24 sentyabr 1981 Fransa

ASALA-dan olan terrorçular Parisdəki Türkiyə konsulluğuna basqıt təşkil edir (VAN əməliyyatı).

3 oktyabr 1981 İsveçrə

Cenevrə şəhər poçtunun və məhkəməsinin binasında partlayış baş verir. Partlayışın baş verddiyi məhkəmə binasında ASALA-dan olan bir terrorçunun məhkəmə prosesi keçirilməli idi, terrorçu qətldə təqsirləndirilirdi. Terror aktlarına görə məsiliyyəti ASALA-nın terrorçu qrupu olan "9 iyun təşkilatı" öz üzərinə götürür.

25 oktyabr 1981 İtaliya

Silahlı erməni terrorçusu Romadakı Türkiyə səfirliyinin ikinci katibi Gökberk Ergenekona atəş açır. Qolundan yaralanmış diplomat maşından çıxıb terrorçuya cavab atəşi açaraq terrorçunu yaralayır, yaralı vəziyyətdə olan terrorçu hadisə yerindən qaçmağı bacarır.

ASALA bu akta görə məsuliyyəti öz üzərinə götürür və aksiyanın Fransada (Paris) türk konsulluğuna basqın təşkil etmiş erməni terroçuların şərəfinə təşkil olunduğunu bildirir.

25 oktyabr 1981 Fransa

Yelisey çöllərində (Şanzelize Bulvarı) yerləşən bahalı restoranların birində partlayış baş verir. Partlayış nəticəsində restoranın işçilərindən 3 nəfər yaralanır. Terror aktına görə məsuliyyəti "September Frans" (1981 – ci ilin sentyabrın 24 də Parisdəki türk konsulluğuna basqın etmiş erməni terrorçuların şərəfinə) terrorçu qrupu öz üzərinə götürür.

26 oktyabr 1981 Fransa

Yelisey çöllərində yerləşən aptekin qarşısında park edilmiş avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşür. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürür.

27 oktyabr 1981 Fransa

Parisdə "Ruasi" beynəlxalq hava limanının avtomobil dayanacağında partlayış baş verir. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürür.

27 oktyabr 1981 Fransa

"Ruasi" beynəlxalq hava limanında eskalatorun yanında yerləşən zibil qutusuna qoyulmuş partlayıcı qurğu işə düşür, bir neçə nəfər yüngül xəsarət alır. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürür.

3 noyabr 1981 İspaniya

"Suis Eyr" aviaşirkətinin ofisinin qarşısında baş vermiş partlayış nəticəsində 3 nəfər yaralanır, ətrafdakı binalara ziyan dəyir. Aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürür.

5 noyabr 1981 Fransa

"Qar de Lion" dəmir yolu vağzalında baş vermiş partlayış nəticəsində bir nəfər yaralanır, saxlanma kameralarına ciddi ziyan dəyir.

Özünü "Orli təşkilatı" adlandıram erməni terrorçu dəstəsi bu aksiyaya görə məsuliyyəti öz üzərinə götürür.

12 noyabr 1981 Livan

Beyrutda yerləşən Fransa mədəniyyət mərkəzinin, fransız konsulun evinin və "Eyr Frans" aviaşirkətinin binasının qarşısında eyni vaxtda partlayışlar baş verir. Partlayışlar nəticəsində ölən və yaralanan olmasa da, binalara ciddi maddi ziyan dəyir. Bu partlayışlara görə "Orli təşkilatı" addlanan qrup məsuliyyəti öz üzərinə götürür. Terrorçular Fransada Orli hava limanında üzərində saxta sənədlər gəzdirən və fransız polisi tərəfindən həbs olunmuş erməninin sərbəst buraxılmasını tələb edirdilər. Terrorçuların digər tələbi, erməni terrorçusu Monte Melkonyanın azadlığa buraxılması idi.

14 noyabr 1981 Fransa

Eyfel qülləsinin yaxınlığında partlayış baş verir. Partlayış nəticəsində yaxınlıqda park edilmiş avtomobil yararsız vəziyyətə düşür. "Orli Təşkilatı" məsuliyyəti öz üzərinə götürür və bunun Fransa hökumətinə "ilk xəbərdarlıq" olduğunu bildirir.

14 noyabr 1981 Fransa

Sena çayında gəzintidən sonra sahilə çıxan xarici turistlərdən ibarət qrupa terrorçular bir neçə qumbara atırlar, xoşbəxtlikddən heç kim yaralanmır. Aksiyaya görə "Orli Təşkilatı" məsuliyyəti öz üzərinə götürür.

15 noyabr 1981 Fransa

"Orli təşkilatı" mətbuata ünvanladığı bəyanatında "Eyr Frans" avişirkətinin təyyarəsini göydə partladacağı ilə hədələyir.

16 noyabr 1981 Fransa

"Qar de Lest" dəmir yolu vağzalının saxlanma kamerasına qoyulmuş bombanın partlaması nəticəssində iki nəfər yaralanır, vağzala isə maddi ziyan dəyir. Partlayışa görə "Orli təşkilatı məsuliyyəti öz boynuna götürür.

13 yanvar 1982 Kanada

Partlayış nəticəsində Türkiyənin Torontodakı konsulluğuna ziyan dəyir.

17 yanvar 1982 İsveçrə

Cenevrədə avtomobil dayanacağının yaxılnlığında iki partlayıcı qurğu işə düşür. "9 iyun təşkilatı" adlı terrorçu dəstə partlayışa görə məsuliyyəti öz üzərinə götürür.

17 yanvar 1982 Fransa

Paris bank ittifaqının ofislərinin birində partlayış baş verir. ikinci partlayıcı qurğu "Kredit Lion" bankında aşkarlanaraq zərərsizləşdirilir. Partlayışa görə "Orli təşkilatı məsuliyyəti öz boynuna götürür.

19 yanvar 1982 Fransa

Parisdə Konqress sarayında "Eyr Frans" aviaşirkətinin ofisində partlayış baş verir. Partlayışa görə "Orli təşkilatı məsuliyyəti öz boynuna götürür.

26 mart 1982 Livan

Beyrutun erməni məhəlləsində türk filmlərinin nümayiş olunduğu kinoteatr partladılır. Partlayışa görə ASALA məsuliyyəti öz üzərinə götürür.

8 aprel 1982 Kanada

Paytaxt Ottavada erməni terrorçuları Türkiyə səfirliyinin ticarət attaşesi Gəni Günqürə hücüm edib onu ağır yaralayırlar. Bu aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürür.

10 may 1982 İsveçrə

İki Cenevrə bankında partlayış baş verir. Partlayışlar nəticəsində banklara maddi ziyan dəyir. ASALA-ya tabe olan terrorçu dəstələrdən biri partlayışlara görə məsuliyyəti öz üzərinə götürür.

26 may 1982 ABŞ

Los-Ancelesdə baş verən partlayış nəticəsində İsveçrə bank korporasiyasının ofisinə ziyan dəyir. Bu partlayışda Kaliforniyadan olan 4 erməni iştrak edib (Viqen Çarxutyan, Qraç Qozibukyan, Straniç Qozibukyan, Qrant Şirinyan).

30 may 1982 ABŞ

Los-Ancelesdə 3 nəfər ASALA üzvü olan erməni həbs olunur. Onlar "Eyr Kanada" aviaşirkətinin yük terminalının qarşısında partlayıcı qurğu quraşdırmaqda gunahlandırılır. Partlayıcı qurğu Los-Anceles polisinin xüsusi dəstəsi tərəfindən zərərsizləşdirilir.

21 iyul 1982 Fransa

Parisdəki Sent Servin meydanında yerləşən kafenin yanında partlayış baş verir. Partlayışa görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür. Terrorçular mətbuata ünvanladıqları müraciətdə partlayışın Fransa hökumətinin vədinə əməl etməyib, türk konsulluğuna basqın etmiş 4 erməniyə siyasi sığınacaq verməməsinə görə törədildiyini bildirirdilər.

26 iyul 1982 Fransa

Parisdəki "Pab Sent Jermen" kafesində baş vermiş partlayış nəticəsində iki qadın yaralanır. Partlayışa görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür.

2 avqust 1982 Fransa

Erməni terrorçu Pyer Qumulyan özünün hazırladığı partlayıcı qurğunun işə düşməsi nəticəsində öz mənzilində həlak olur.

7 avqust 1982 Türkiyə

Ankarada erməni terrorçuları beynəlxalq hava limanına hücum təşkil edir. Tapanca və əl qumrabaraları ilə silahlanmış terrorçular gözləmə zalında olan insanlara atəş açır. Bir terrorçu hava limanının restoranında 20 nəfəri qirov götürür, digəri isə polis tərəfindən yaxalanır. Girovları öldürəcəyi ilə hədələyən terrorçu ilə atışma zamanı 9 nəfər həlak olur (biri ABŞ biri Almaniya vətəndaşı). Terror aktı zamanı 82 nəfər yaralanır. Terrorçu Levon Əkməkcyan hadisə yerindəcə qətlə yetirilir. Həbs olunmuş digər terrorçu Levon Ekmekcan isə məhkəmənin hökmü ilə edam cəzasına məhkum olunur. Silva Kaputikyan terrorçu Əkməkcyana "yağış yağır oğlum" şerini həsr edir. Terror aktına görə ASALA məsuliyyəti öz üzərinə götürür.

8 avqust 1982 Fransa

Xüsusi polis dəstəsi Parisin 17-ci rayonunun telefon qovşağının yaxınlığında partlayıcı qurğunun zərərsizləşdirir. "Orli təşkilatı" partlayıcı qurğunun onlar tərəfindən yerləşdirildiyini bildirir.

8 avqust 1982 Bolqarıstan

Burqasda erməni terrorçusu Türkiyə konsulluğunun inzibati məsələlər üzrə attaşesi Bora Suelkanı evinin qarşısında qətlə yetirir. Qatil hadisə yerindən qaçmağı bacarır. ASALA qətlə görə məsuliyyəti öz üzərinə götürür.

22 yanvar 1983 Fransa

Paris "Orli" hava limanında yerləşən Türk hava yollarının kassasının qarşısında polis 1 kiloqram çəkisində partlayıcı maddə ilə təchiz olunmuş bomba aşkar edir.

22 yanvar 1983 Fransa

İki erməni terrorçusu Türk hava yollarının Parisdəki bürosuna əl qumbaraları atır. Partlayışlar nəticəsində heç kim xəsarət almır. Terrorçulardan biri həbs olunur. ASALA terror aktına görə məsuliyyəti öz üzərinə götürür.

28 fevral 1983 Fransa

Parisdə "Marmara Travel Agency"nin ofisində baş vermiş partlayış nəticəsində şirkətin əməkdaşı fransız Rone Marin həlak olur, daha 9 nəfər Fransa vətəndaşı yaralanır. Partlayışdan bir neçə dəqiqə sonra ASALA məsuliyyəti öz üzərinə götürür.

31 mart 1983 Almaniya

Frankfurt-Maynda "Tərcuman" qazetinin bürosuna zəng etmiş naməlum şəxs "ermənilərə qarşı" olan yazılar dayandırılmazsa büronu partladacağı ilə hədələyir.

24 may 1983 Belçika

Brüsseldə Türk turizm şirkətinin və Türkiyə səfirliyinin mədəniyyət mərkəzinin binası qarşısında partlayış baş verir. Səyahət bürosunun milliyətcə italyan olan direktoru partlayış nəticəsində yaralanır.

16 iyun 1983 Türkiyə

Əl qumbaraları və avtomatik silahla silahlanmış erməni terrorçu Mkrtıç Mardaryan İstambulda "Kapalı Çarşı" ticarət mərkəzində insanlara hücüm edir, nəticədə iki tür həlak olur 21 nəfər isə yaralanır. Terrorçu hadisə yerinddəcə öldürülür.

8 iyul 1983 Fransa

Erməni terrorçuları Britaniya Şurasının (British Council) binasına basqın edirlər. Bununla onlar ASALA terrorçularının Londonda keçirilən məhkəməsinə öz etirazlarını bildirirlər.

14 iyul 1983 Belçika

Brüsseldə Türkiyə səfirliyinin attaşesi Dursun Aksoy öz maşınında qətlə yetirilir. ASALA, ESƏD və bu vaxtacan məlum olmayan "Erməni inqilab ordusu" təşkilatı bu qətlə görə məsuliyyəti öz üzərlərinə götürürlər.

15 iyul 1983 Fransa

Parisdə "Orli" hava limanında türk hava yollarının kassasının qarşısında baş vermiş partlayış nəticəsində 8 nəfər həlak olur, 60 nəfər yaralanır.

15 iyul 1983 Böyük Britaniya

Londonda "Orli"də partlamış bombanın analoqu olan partlayıcı qurğu aşkar olunaraq zərərsizləşdirilmişdir.

22 iyul 1983 İran

Fransanın Tehrandakı səfirliyində və "Eyr Frans"ın ofisində partlayışlar baş verir. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür.

29 iyul 1983 İran

Tehranda erməni terrorçuları Fransa ssəfirliyini raketlərlə atəşə tutacaqları barədə məlumat yayır. Onların tələbi Fransada həbsdə olan 21 nəfər erməni terrorçusunun azadlığa buraxılması idi.

10 avqust 1983 İran

Tehranda içərisində partlayıcı maddə qoyulmuş maşın Fransa səfirliyinin qarşısında partladılır.

17 avqust 1983 İran

"Eyr Fransın" Tehrandakı nümayəndəsi öz maşınında avtomatik silahla atəşə tutulur.

25 avqust 1983 Almaniya

Bonnda Fransa səfirliyində baş vermiş partlayış nəticəsində, 2 nəfər həlak olur, 23 nəfər isə yaralanır. Partlayışa görə ASALA məsuliyyəti öz üzərinə götürür.

9 sentyabr 1983 İran

Tehranda Fransa səfirliyinə məxsus iki avtomobil partladılır. Partlayışlar nəticəsinddə səfirliyin iki əməkdaşı yaralanır.

1 oktyabr 1983 Fransa

Marseldə Beynəlxalq ticarət yarmarkasında baş vermiş partlayış nəticəsində, SSRİ, ABŞ və Əlcazairə məxsus pavilyonlara ziyan dəyir, bir nəfər həlak olur, 26 nəfər yaralanır. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür.

6 oktyabr 1983 İran

Tehranda Fransa səfirliyinin avtomobili partladılır, iki nəfər fransız diplomatı yaralanır. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürür.

29 oktyabr 1983 Livan

Beyrutda Fransa səfirliyinin qarşısında dayanmış avtomobildən çıxan bir nəfər səfirliyin pilləkanlarına əl qumbarası atır, terrorçu hadisə yerindəcə yaxalanır, əlbirləri isə qaçır.

8 fevral 1984 Fransa

Terrorçular "Eyr Fransın" 13.00 da Nyu Yorka uçacaq təyyarəsinə partlayıcı qurğu quraşdırıldığını anonim zəng vasitəsilə bildirir. Lakin xüsusi yoxlama zamanı heç bir bomba aşkarlanmır.

28 mart 1983 İran

Tehranda çalışan bir sıra türk diplomatlarına hucumlar təşkil olunur. 

Həsən Servet Ötgəm Türkiyə səfirinin katibi evindən çıxarkən terrorçular ona hücum edir, diplomatı yaralayırlar. İki erməni terrorçussu baş çavuş İsmayıl Pamukçuya atəş açıb onu ağır yaralayır. Səfirliyin inzibati məsələlər üzrə ataşesi, polisə onun evinin qarşısında duran iki nəfər şübhəli şəxs barədə məlumat verir. Polis erməni terrorçularını həbs edir. Gündüz saat ikidə polis daha üç erməni terrorçusunu Türkiyə səfirliyinin qarşısında həbs edir. Suren Qriqoryan adlı erməni terrorçusu türk diplomatının maşınına quraşdırmaq istədiyi partlayıcı qurğunun vaxtından əvvəl işə düşmasi nəticəsində həlak olur. Səfirliyin müşaviri İşıl Ünel zərər çəkmir.

29 mart 1984 ABŞ

Los-Ancelesdəki türk konsulluğuna ASALA-nın imzası ilə məktub göndərilir. Məktubda türk idmançıların Olimpiadada iştrak edəcəyi təqdirdə öldürəcəkləri bildirilir.

8 aprel 1984 Livan

ASALA Beyrutda yaydığı bəyanatda Türkiyəyə reysləri olan bütün aviaşirkətləri xəbərdar edir ki, onların təyyarələri ASALA üçün hərbi hədəflər hesab edilir.

28 aprel 1984 İran

Tehranda İşık Öndərin idarə etdiyi avomobilni motosiklda olan iki erməni terrorçu atəşə tutur. Bu zaman Öndər səfirlikdə çalışan həyat yoldaşı Sədiyyə Öndəri işə aparırdı. Hücum nəticəsində İşık Öndər həlak olur.

13 avqust 1984 Fransa

Lion dəmir yolu vağzalında partlayış baş verir. Partlayış nəticəsində vağzala kiçik ziyan dəyir.

Sentyabr 1984 İran

İranda çalışan bir neçə türk şirkəti ASALA-dan hədələyici məktublar alır. Türk tikinti şirkətlərindən birinin ofisinə qumbara atılır, bir nəfər türk vətəndaşı yaralanır.

25 dekabr 1984 Livan

Beyrutda yerləşən Fransaya məxsus iki bina partladılır. ASALA partlayışlara görə məsuliyyəti öz boynuna götürür.

3 yanvar 1985 Livan

Beyrutda "Frans Press" informasiya agentliyinin ofisində partlayış baş verir, partlayış nəticəsində binaya ciddi maddi ziyan dəyir.

3 yanvar 1985 Livan

Beyrutda Hhərbi minaaxtaranlar dəstəsi "Fransız-Livan" bankının qirişində 6 funt partlayıcı maddə ilə təchiz olunmuş partladıcı qurğu aşkarlayaraq zərərsizləşdirir.

17 mart 1986 Fransa

Liondan Parisə qedən qatarda partlayış baş verir, partlayışa görə ASALA məsuliyyəti öz üzərinə götürür.

20 yanvar 1987 Yunanıstan

Afina ASALA-nın 12 illik yubileyi ilə əlagədar, ASALA-nın Afinada yerləşən qərargahından "erməni xalqına" müraciət yayır. Bu müraciətdə terrorçular "erməni xalqının düşmənlərini" sadalayır bunlar "Türk faşist dövləti" və onu dəstəkləyən beynəlxalq imperialist və sionist qüvvələrdir. ASALA-nın müraciəti yunan mətbuatında geniş işiqlandırılır.

11 fevral 1987 Livan

Beyrutda ASALA-nın yaydığı məlumatda təşkilat 1986- cı ildə Parisdə baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürür.

Terrorçular Fransaya müraciətində bunları deyir: "Fransa hökuməti erməni və ərəb vətənpərvərlərini azadlığa buraxmaq üçün ciddi və təxirəsalınmaz tədbirlər görməliddir". ASALA-nın ddigər tələbi terrorçu Varujan Karapetyanın azadlığa buraxılması idi.

Oktyabr 1987 Livan

Beyrutda Fransanın Livandakı səfirliyinə hücum təşkil olunur.

Dekabr 1991 Macarıstan

Budapeştdə Türkiyənin Macarıstandakı səfirinə hücum edilir.

3 fevral 1993-cü il Riqa

Latviyada erməni terrorçuları "Latviyas Layks" qəzetinin redaktoru, tanınmış jurnalist Tatyana Çaladzeyə sui-qəsd ediblər.

T.Çaladze 90-cı illərin əvvəllərində Rusiyada Latviya Xalq Cəbhəsi qəzetinin və "Azad Avropa" radiosunun xüsusi müxbiri işləyib. O, erməni terror təşkilatlarının cinayətlərini ilk işıqlandıran jurnalistlərdən biri olub.

28 fevral 1993-cü il - Qudermes

Erməni terrorçuları Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarını partladıb, nəticədə 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.

11 dekabr 1993-cü il - Bağdad

İraqda erməni terrorçuları Türkiyə səfirliyinin attaşesi Çağdar Yücelini qətlə yetirirlər.

4 iyun 1994-cü il - Yunanıstan

Afinada erməni terrorçuları Türkiyə səfirliyinin diplomatı Xaliq Sipahoğlunü qətlə yetirib. 

11 may 2001-ci il - İsrail

Təl-Əvivdən onlarca kilometr şimalda İsrail hava hücumundan müdafiə qüvvələri Livanın "Sessna" təyyarəsini vurub salıb. Təyyarəni milliyyətcə erməni olan Stefan Ohanes Nikolyan adlı bir nəfər idarə edirdi. Terrorçu kamikadze Nikolyan İsrailin yaşayış məntəqələrindən birini məhv etməyə cəhd göstərmək istəsə də məqsədinə çatmayıb.

Dekabr 2001-ci il - Los-Anceles

Erməni cinayətkar mafiyanın üzvləri Aşot Manukyan, Poqos Ketçejiyan, Ovanes İqarayan, Xovsep Keşişyan uzun müddətə azadlıqdan məhrum edilib. Bir müddətdən sonra həmin cinayətkar dəstənin başqa bir üzvü Suzanna Onosyan da yaxalanıb və 45 il azadlıqdan məhrum edilib.

16 sentyabr 1986-cı il - Fransa

 Parisin Montrarnass məhəlləsində KSAMEPP terrorçularının qoyduğu bombanın partlaması nəticəsində 5 fransız həlak olub, 52 nəfər yaralanıb. Haduisə nəticəsində yaralananlardan bir-neçəsi xəstəxanada ölüb.  Yenə də cinayətkarlar V. Qarabedyanın azadlığa buraxılmasını tələb edirdilər.

15 oktyabr 1986-cı il - Livan

ASALA-nın nümayəndəsi Miqran Miqranyan başda olmaqla bu təşkilatın üç terrorçusu Livanın paytaxtında fransız jurnalistləri ilə görüşmüş və (qətllərə, terror aktlarına görə həbs olunmuş) həmkarları V.Qarabedyanın azad olunmayacağı təqdirdə Fransaya qarşı cinayətlərini davam etdirəcəkləri barədə hədə-qorxu gəliblər. M.Miqranyan ultimatum verərək deyib: "ASALA artıq bütün dünyada fransızları hərbi düşmənlər elan edib. Siyasi məhbusları azad etmək barədə verdikləri vədə əməl etməsələr, biz Şiraka xəbərdarlıq edir, Miterana isə ölüm vəd edirik".

23 noyabr 1986-cı il - Avstraliya

Melburn Türkiyə konsulluğunun yanında maşın partladılıb. Nəticədə, bir nəfər həlak olub, beşmərtəbəli binaya böyük ziyan dəyib. İstintaq nəticəsində iki erməni terrorçu - Xaqop Levonyan və Levon Dəmiryanın şəxsiyyəti müəyyənləşdirilib. Partlayışa görə məsuliyyəti "Yunan-Bolqar-Erməni Cəbhəsi" (YBEC) öz üzərinə götürüb. Erməni terror təşkilatı ilk dəfə idi ki, bu cür adla təqdim olunurdu.

19 noyabr 1987-ci il - Avstraliya

Brisbendə poçt çeşidləmə şöbəsində bomba partlayışı nəticəsində Avstraliyanın altı vətəndaşı zərər çəkib. Bu cinayətə görə məsuliyyəti "Yunan-Bolqar-Erməni Cəbhəsi" öz üzərinə götürüb.

9 noyabr 1984-cü il - Avstriya

BMT-nin sosial və humanitar məsələlər mərkəzinin Vyanadakı şöbəsində işləyən və milliyyətçə türk olan Ənvər Ərgün avtomobili qırmızı işıqda saxlayarkən qətlə yetirilib. Avtomobildən EİO erməni terror təşkilatına aid maddi sübutlar götürülüb.

5 sentyabr 1972-ci il - Almaniya

ASALA-nın banisi Akop Akopyanın təşkil etdiyi "Qara sentyabr" terror qruplaşması Münhendə keçirilən Olimpiya oyunlarında İsrail idmançılarını qətlə yetirib. Akop Akopyan idmançıların öldürülməsinin fəal iştirakçısı olub.

7 yanvar 1973-cü il - ABŞ

Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydarı və bu şəhərdəki konsulu Bahadır Dəmiri erməni terrorçu Qurgen Yanikyan qətlə yetirib.

8 yanvar 1977-ci il - Rusiya

Moskvada metronun "İzmaylovskaya" və "Pervomayskaya" stansiyaları arasında qatar partladılıb.

8 yanvar 1977-ci il - Rusiya

Moskvada "25 Oktyabr" küçəsindəki mağazada partlayış törədilib. Hər iki terror aktı nəticəsində 7 nəfər həlak olub,  37 nəfər xəsarət alıb. İstintaq sübut edib ki, terror aktlarını Stepan Zatikyan, Akop Atepanyan və Zaven Baqdasaryan törədib. S.Zatikyan Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin Ermənistana birləşdirilməsi tələbini irəli sürən Ermənistan Milli Birlik Partiyasının üzvü olub.

.

Mənbə: Elçin Əhmədov. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011). Ensiklopedik nəşr. Bakı, 2012, 912 s.