Erməni general: "Paşinyanın psixi problemləri var"

Erməni general: "Paşinyanın psixi problemləri var"

General Movses Akopyan: "Paşinyanın psixi problemləri var"

"Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir".

Bunu Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan deyib.

Bu gün Nikol Paşinyan xalqa müraciətində Movses Akopyanı da hədəfə alıb. Belə ki, M.Akopyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların 100 %-nin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1 500 nəfərin fərarilik etdiyini bildirmişdi.

Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri baş qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik M.Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb.(report)