Erməni deputat: "Rüstəm Muradov 62 ermənini almaq üçün Bakıya gedəcək" 

Erməni deputat: "Rüstəm Muradov 62 ermənini almaq üçün Bakıya gedəcək" 

Erməni millət vəkili Sofiya Hovsepyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığının Bakıya gələcəyini iddia edib.

Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Erməni millət vəkilinin sözlərinə görə, rus sülhməramlılarının komandanlığı Hadrutda əsir düşən 62 erməninin geri qaytarılması məsələsinə görə Bakıya səfər edəcək. Sofiya Hovsepyan bu barədə Ermənistan rəsmilərinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin başçısı Rüstəm Muradovla görüşdüyünü bildirib.