Düşmənin atdığı “Smerç” Tərtərdə evi dağıtdı

Düşmənin atdığı “Smerç” Tərtərdə evi dağıtdı
Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini “Smerç”lə atəşinə tutub. Düşmən tərəfindən atılan “Smerç” raketi şəhərin mərkəzi küçələrində yerləşən evlərin birinə düşüb. Nəticədə evə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.