Ədalət "mələklərinin" sərt tənqidçisi-UQO ÇAVES

Ədalət "mələklərinin" sərt tənqidçisi-UQO ÇAVES

28 iyul Venesuelanın mərhum prezidenti Uqo Rafael Çavesin doğum günüdür.

O, 28 iyul 1954-cü ildə Venesuelanın Barinas ştatının Sabaneta şəhərində anadan olub. 

1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Peresə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib. Lakin çevriliş baş tutmamış və o 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Venesuelada prezident seçilib.

2002-ci ildə hərbi çevriliş nəticəsində iki günlük hakimiyyətdən kənarlaşdırılsa da, onu dəstəkləyən hərbçilərin əks çevrilişi nəticəsində yenidən hakimiyyətə qayıdıb.

Gəncliyində peşəkar beysbol oyunçusu olmaq istəyən Çaves, əvəzində böyük siyasətə daxil oldu.

Xarici siyasətdə ABŞ əleyhinə çıxışları ilə tanınan Çaves, eyni mövqedə duran digər dövlət başçıları — Fidel Kastro, Mahmud Əhmədinejad və Muəmmər Qəddafi ilə dost münasibətlərə malik idi. Özünü inqilabçı hesab edən Çaves, Fidel Kastrodan ilhamlandığını iddia edirdi.

Latın Amerikasında siyasi baxışlarına görə Çavesin müttəfiqi hesab olunan dövlətlər Boliviya, Uruqvay, Argentina və həm də iqtisadi baxımdan Venesueladan asılı olan Kuba idi.

2011-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi müəyyənləşən Çaves, 4 dəfə Kubada cərrahiyyə əməliyyatı keçirib. Lakin, 2012-ci ilin 9 dekabr tarixində növbəti müalicə kursu üçün Kubaya yola düşən Uqo Çavesin səhhəti haqqında bir-birindən fərqli müxtəlif iddialar ortaya atılsa da, uzun sürən onkoloji xəstəlikdən sonra 5 mart 2013-cü ildə 59 yaşında Karakasda vəfat edib. Onun ölkədə olmadığı müddətdə Venesuelada növbəti prezident seçkiləri keçirilmiş və o, növbəti dəfə Venesuela prezidenti seçilmişdi.

Əslində Çavesin onkoloji xəstəliyə tutulmasında Amerikanın rolu olması illərlə müzakirə mövzusu oldu.