Beynəlxalq məhkəmə Azərbaycanın Ermənistana qarşı iddiasına baxır

Beynəlxalq məhkəmə Azərbaycanın Ermənistana qarşı iddiasına baxır

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia üzrə dinləmələr başlayıb. Açıq dinləmələr iki gün davam edəcək. COVID-19 pandemiyası səbəbindən dinləmələr videoformatda keçirilir.

Beynəlxalq Ədalət Məhkəməsinin bəzi hakimləri Böyük ədalət zalında keçirilən dinləmələrdə şəxsən iştirak etsələr də, bəzi üzvlər, eləcə də tərəflərin nümayəndələri də şəxsən və videoəlaqə vasitəsilə prosesə qoşulublar.

Dinləmələr davam edir.