Baydenin inauqurasiyası başlayıb

Baydenin inauqurasiyası başlayıb

ABŞ-ın 46-cı prezidenti Cozef Bayden inauqurasiyası başlayıb. 

Vetenugrunda.az-ın  verdiyi xəbərə görə, mərasimdə ABŞ-ın tanınmış şəxsləri iştirak edib. Qonaqların arasında siyasətçilərlə yanaşı müğənnilər də olub. Müğənni Ledi Qaqa mərasimdə Amerikanın himnini ifa edib. Andiçmə zamanı müğənni Cenifer Lopez podiumda 46-cı prezidentlə görüşüb.

Baydenlə bərabər fəxri qonaqlar üçün ayrılan zonada seçilmiş vitse-prezident Kamala Harris və səlahiyyət müddəti bitən vitse-prezident Maykl Pens görünüb. Eyni zamanda ABŞ-ın keçmiş prezidentləri, seçilmiş Prezidentin ailə üzvləri, ABŞ Ali Məhkəməsinin hakimləri, amerikalı qanunvericilər yer alıb.

Mərasimə qatılan qonaqlar koronavirus pandemiyası səbəbindən sosial məsafə qaydalarına uyğun olaraq əyləşdirilib və hamısı maskalarda olub. Diqqətçəkən məqamlardan biri də qonaqların taxdıqları fərqli maskalar və onların üzərindəki detallar olb.