Azərbaycandan Ukraynaya növbəti yardım

Azərbaycandan Ukraynaya növbəti yardım

Ukraynanın Dnep şəhərinə Azərbaycandan göndərilən 20 ton humanitar yardım çatdırılıb. Humanitar yardım uzun müddət saxlanıla bilən məhsullar və dərman vasitələrindən ibarət olub.

Bu barədə Dnep şəhərinin meri Boris Filatov bildirib.

Mer dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib. O, həmçinin Dneprin azərbaycanlı icmasının yaşadığı şəhər kimi bu yardımı həmişə xatırlayacağını qeyd edib.