Azərbaycan Rusiya və Osmanlı İmperiyasının qarşısında İranın möhkəm qalası olub

Azərbaycan Rusiya və Osmanlı İmperiyasının qarşısında İranın möhkəm qalası olub

İranın dini rəhbəri Azərbaycan əhalisi ilə görüşüb

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei "29 bəhmən" Təbriz qiyamının ildönümü ilə əlaqədar ötən gün (17 Fevral) Azərbaycan əhalisi ilə videokonfrans vasitəsilə görüşüb.

Bu görüş "İran" və "İnqilab" radiosu, eləcə də İran Dövlət televiziyası, Xəbər kanalı və müxtəlif kanallarda canlı yayımlanıb.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahul-üzma Xamenei Təbriz əhalisinin 29 Bəhmən, 17 fevral qiyamının ildönümü münasibətilə Şərqi Azərbaycan vilayətinin nümayəndələri ilə videokonfrans formatında keçirilən görüşü zamanı buyurublar: "Azərbaycan xarici hücumlar qarşısında İranın möhkəm qalası olub, yəni biz həmişə təcavüzkar və hücumçu qonşu, istər Çar Rusiyası, istər Osmanlı İmperiyası və ya Sovet İttifaqı tərəfindən hücuma məruz qalmışıq və əgər Azərbaycan və Təbriz olmasaydı, əgər müqavimət göstərməsəydi və onların qarşısında dayanmasaydı, bu hücum ölkənin mərkəzi bölgələrini də əhatə edə bilərdi, Azərbaycan daim bu hücumları dəf edən və qarşısını alan möhkəm bir qala olubdur".

Həzrət Ayətullaul-üzma Xamenei əlavə ediblər: "Təbriz bölgəsi və Azərbaycan iki sabit və daimi kimlik xüsusiyyətinə malik olubdur; Biri İslam dininə və müsəlmanlığa dərin bağlılıq və digəri İrana qarşı güclü bir qeyrət və dəstəkdir. Bu müxtəlif dövrlərdə Azərbaycanda mövcud olub və azərbaycanlılar İslam və İrana o qədər əhəmiyyət veriblər və o qədər onların yolunda canfəşanlıq ediblər ki. Və bu məsələ ki, onlar dəfələrlə əcnəbilərin İranı parçalamaq və separatçılıq cəhdləri qarşısında dayanıblar və ölkənin bütövlüyünü qoruyublar, həqiqətən bariz və önəmli bir xüsusiyyətdir".

İslam İnqilabının Ali Rəhbəri, həmçinin bu video görüşdə İran xalqını Rəcəb ayının gəlib çatması münasibətilə təbrik ediblər və buyurublar:" Ümid edirəm ki hər kəs bu ayın mənəvi nemətlərindən bəhrələnəcəkdir.

Hazırda ictimai toplantılar qadağan edilib və keçən illərdəki kimi insanların ictimai ibadətlərdə, dua və zikr məclislərində iştirak etməsi bu il mümkün deyil, lakin evlərdə Rəcəb ayının dualarından qafil olmayın və ictimai toplantıların müvəqqəti qadağan edilməsi bizi bu mübarək ayın nemətlərindən, ibadətlərindən, dua və Allahaın dərgahına təvəssüldən məhrum etməməlidir".