"Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır"

"Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov finlandiyalı həmkarı Pekka Olavi Haavisto ilə görüşündə Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən bildirib ki, bizim tərəf münasibətlərin normallaşmasının tərəfdarıdır:  "Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazırdır".

Nazir 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğunu qeyd edib.