AXCP fəalı qətlə yetirildi

AXCP fəalı qətlə yetirildi

AXCP-nin Bərdə rayon şöbəsinin sədri Çapay Sadıqlı yaşadığı Samux kəndində qətlə yetirilib.

1954-cü il təvəllüdlü kənd sakini Çapay Sadıqlı ilə 1968-ci il təvəllüdlü Xazər Məmmədov arasında hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə mübahisə yaşanıb.

Bu gün baş verən növbəti qarşıdurma zamanı X.Məmmədov Ç.Sadıqlını dəryazla vuraraq ona xəsarətlər yetirib. Çapay Sadıqlı aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşları Xazər Məmmədovu saxlayaraq istintaqa təhvil verib. Onun barəsində cinayət işi başlanıb.