Avropa İttifaqı Şurasının Prezidenti Bakıda

Avropa İttifaqı Şurasının Prezidenti Bakıda

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti səfər çərçivəsində iyulun 18-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

"Münaqişə bitib, indi sülh haqda düşünməyin vaxtıdır..." 18.25

Azərbaycan uzun müddət davam edən münaqişəyə son qoydu və özü də BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında belə deyib.

"Münaqişə bitib, indi sülh barədə düşünməyin vaxtıdır. Bölgədəki yaranan yeni vəziyyətlə bağlı planlarımızı, təşəbbüslərimizi və yanaşmalarımızı müzakirə etdik", - deyə dövlət başçısı əlavə edib.

İlham Əliyev onu da deyib ki, Azərbaycan Avropanın etibarlı enerji təchizatçısıdır.Prezident Avropaya enerji tədarükünün şaxələndirilməsində Azərbaycanın rolunu da qeyd edib.

İkinci Qarabağ müharibəsindən sonra bölgədəki bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb deyən Dövlət başçısı bildirib ki, Şarl Mişellə görüş zamanı bölgədəki münaqişədən sonrakı inkişaf məsələsi də müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirdiyi  birgə mətbuat konfransı televiziyalardan canlı yayımlanıb.