Alparslan Kuytul saxlanılıb

Alparslan Kuytul saxlanılıb

Vetenugrunda.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu gün Türkiyədə fəaliyyət göstərən tanınmış ilahiyyatçı alim, Fürkan Fondunun rəhbəri Alparslan Kuytul bu gün səhər saatlarında saxlanılıb.

Onun iş adamı Koray Sarısaçlının qaçırılması ilə bağlı açılan cinayət işinə görə saxlandığı bildirilib.

O, məhkəmə zalında həbs edilib. Bu gün bu işlə bağlı həbs edilənlərin sayı 8 nəfərə çatıb.

Verilən xəbərə görə, bir müddət fondun direktoru vəzifəsində çalışan Sarısaçlı Adana prokurorluğunda verdiyi izahatında qaçırıldığını, 13 gün girov saxlanıldığını, girovluqda olduğu zaman ağır işgəncələr gördüyünü və 7 milyon dollarlıq sənədə məcburi şəkildə imza atdığını bildirib.

Adana prokurorluğu Alparslan Kuytulu "azadlıqdan məhrum etmə", "hədə-qorxu" ilə tələb etmə, "xəsarət yetirməyə təhrik etmə" ittihamı ilə saxlanılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Koray Sarısaçlının keçən il 8 sentyabr tarixində nömrəsiz bir maşına mindirilərək qaçırılıb.