Siqaret çəkənlər ağciyərlərinizi bu üsulla təmizləyin

Siqaret, ətraf mühitin çirkliliyi və bir çox başqa səbəblər ciyərlərimizə mənfi təsir edir. Amma həyati vacib orqanlar mütəmadi olaraq təmizlənməlidir.
Ağciyərləri təmizləyən 3 günlük proqramı oxucularımıza təqdim edirik:
Bu proqrama başlamazdan 2 gün əvvəl siqareti tərgidin. Bunun sayəsində bədəniniz zəhərdən təmizlənmək üçün hazır olacaq. Siqareti 2 gün əvvəldən tərgidib idman edərək və bitki çayı içərək bədəninizi hazırlayın.
Ağciyərləri 3 gündə təmizləyən üsul:
-1,5 stəkan suya 2 limonun suyunu sıxın və nahardan əvvəl için.
-Nahar yeməyindən əvvəl eyni miqdarda qreypfrut və kök suyu için. Qreypfrut və kök suyu tənəffüs sistemini nizamlayır və qanı təmizləyir.
-Yemək əsnasında 2 stəkan kalium anbarı olan yabanı böyürtkən suyu için.
-Axşam yatmazdan əvvəl isə yenə 2 stəkan yabanı böyütkən suyu içib yatın.
Bu proqramı tətbiq edəcəyiniz 3 gün müddətində bitki çayları içməyə, ciyərlərinizi açacaq idman hərəkətləri etməyə və okaliptus kimi təbii yağlarla nəfəs açıcı müalicələr etməyə çalışın.
Eyni zamanda diqqətinizə ABŞ-ın Cons Hopkins Universitetinin (ABŞ) alimlərinin siqaretlərin orqanizmə ziyanını azaltmağın yolları haqqında etdikləri maraqlı bir araşdırmanı diqqətinizə çatdıracağıq.
Araşdırmaların nəticəsində alimlər bu qərara gəlib ki, hər gün 3 alma və 2 pomidor yeməklə siqaret çəkməyin ağciyərin sağlamlığına olan mənfi təsirini azaltmaq, ağciyərdə gedən patoloji prosesləri ləngitmək mümkündür.
Həmçinin məlum olub ki, 3 alma və 2 pomidorun gündəlik istehlakı siqaret çəkməyən insanlara da ağciyəri möhkəmləndirməyə kömək edir.