Əncirin faydaları

Əncirin faydaları
Əncir tərkibindəki maddələr sayəsində sağlamlığı qorumaqla yanaşı, həm də çəkiyə nəzarət edən bir meyvədir. İndi əncir fəslidir. Vetenugrunda.az oxucularına təzə və quru əncirin faydaları barədə məlumat təqdim edir: - Vitamin, mineral və antioksidan baxımdan sağlamlığı qoruyur. - Kalsium, dəmir və sink baxımından zəngindir. - Potasium baxımından zəngin olub, qan təzyiqini nəzarətdə saxlayır. - Pəhriz zamanı əncir çoxlu miqdarda yeyilərsə, enerji qazanılmasını təmin edir, çəkini nəzarətdə saxlayar. - Yüksək lifi meyvə olduğundan menopauza dövrü yaşayan xanımlarda döş xərçənginə yoluxma riskini 34 faiz azaldır. Alma, xurma, armud və ərik də yüksək lifli meyvələrdir. - Əncir eyni zamanda qəbizliyində qarşısını alır. Hər səhər ac qarına 2-3 ədəd əncir yeyib, üzərindən 1-2 stəkan su için. Bağırsaqlarınız daha yaxşı çalışacaq və qəbizlikdən xilas olacaqsınız. - Ürəyiniz şirniyyat istəsə, əncir yeməklə bu ehtiyacınızı ödəyə bilərsiniz. Salatlarda quru əncir istifadə edilməsi yetərli lif qəbul etməmizə və bağırsaqlarımızın daha yaxşı işləməsinə kömək edəcək. - Həddən çox əncir yeyilməsi çəki artımına səbəb ola bilər. Əncir tərkibində olan aminturşular, beta-karotin, antioksidant, vitamin və mineralların zənginliyinə görə insan oqranizminə çox böyük faydaları vardır. 1. Əncirin tərkibi K vitamini ilə zəngindir. Bu səbəbdən də əncir ürək-damar, təzyiq xəstələri üçün təbii dərman vasitəsidir. Uzun müddət əncir yemək, vena damarlarında çatışmazlıqları aradan qaldırır və varikoz genəlməni azaldır. 2. Əncir tərkibində olan fitsin fermenti sayəsində qanın laxtalanma qabiliyyətini azaldır və tromb əmələgəlməsini dayadırır. 3. Əncirin tərkibində dəmirin miqdarı çox olduğuna görə o anemiya xəstəlikləri zamanı qanartırıcı təsir göstərir. 4. Tərkibində olan maddələr qanda xolesterolun miqdarını azaldır. 5. Əncir kalimla zəngindir. Kalium ürək əzələsini möhkəmləndirir, təzyiqi tənzimləməyə kömək edir. 6. Sidikqovucu təsirə malik olduğu üçün əncir orqanizmdə olan artıq suyu çıxarmaq qabiliyyətinə malikdir. 7. Tərkibində olan fruktoza fiziki və zehni yorğunluğu aradan qaldırır. 8. Əncir orqanizmin K vitamininə olan təlabatını ödəyir. Bunun üçün əncir mövsümündə hər gün bu meyvədən yemək lazımdır. 9. Hamilə qadınlara sintetik vitaminlərdən istifadə etməkdənsə, əncir və ya onun qurusundan yemələri tövsiyə edilir. 10. Əncir maddələr mübadiləsini yaxşılaşdırır. 11. Əncir ürəkbulanmanı, ağızda quruluğu və ürək yanğısını aradan qaldırır. 12. Qadınlar menopauza dövründə əncir yesələr döş xərçəngi riski azalacaq. 13. Bronxit zamanı 2-3 ədəd quru ənciri 1 stəkan qaynar südə salıb içdikdə, sinə yumşaldıcı təsir göstərir. 14. Əncirin öskürək kəsici xüsusiyyəti var. 15. Yatmazdan əvvəl əncir yemək bağırsaqların fəaliyyətini yaxşılaşdırır. 16. Səhərlər acqarına əncir yemək böyrək daşlarının əriməsinə səbəb ola bilir. 17. Quru və təzə əncir ən yaxşı təbii işlədici vasitədir, qəbizlikdən qurtulmağa kömək edir. 18. Şəkrlərlə zəngin olan əncir beyinin fəaliyyətini yaxşılaşdırır. 19. Əncir əhval-ruhiyyəni qaldırır. 20. Ağız boşluğu xəstəlikləri zamanı əncir yarpağının dəmləməsi ilə qarqara eləmək xəstəliklərin əlamətlərini azaldır. 21. Kökünün qaynamasından alınan məhlulla yaraları yuduqda tez sağalır. 22. Əncir saplağından axan süd ilə döyənəkləri aparmaq olur. 23. Əncir qurusu aclıq hissini aradan qaldırır, onun 100 qramında 50 kalori var. 2-3 əncir qurucu aclığı aradan qaldırmaqla yanaşı, orqanizmin sutkalıq mikorelementlərə olan təlabatını ödəyir. 24. Əncir yarpağını 10-15 dəqiqə qaynadıb saçları yuduqda saç tökülmənin qarşısı alınır. 25. Tərkibində olan pektin maddəsi ənciri əvəzolunmaz bir meyvəyə çevirir. Əncir toxumaların cavanlaşmasında və kapilyar damar divarının möhkəmlənməsində faydalıdır.