Koronavirusun yaratdığı dəhşətli təhlükə

Koronavirusun yaratdığı dəhşətli təhlükə

ABŞ-da 740 xəstə üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusa yoluxmuş insanlar aylar sonra koqnitiv (dərketmə və xarici informasiyaları mənimsəmək) kimi pozuntular yaşaya bilərlər.

New York-da elmi araşdırma mərkəzində, virusla bağlı araşdırmada iştirak edən tibb mütəxəssisi Jacqueline Becker, insanların koronavirusa yoluxduqdan bir neçə ay sonra koqnitiv pozuntular yaşadığını aşkar edib. Belə ki, virusa yoluxduqdan təxminən 7-8 ay sonra insanlarda qərar qəbul etmə, planlaşdırma, xatırlama, xatirələri yadda saxlamaqla bağlı problemlərinin olduğunu bildiriblər.

Daha sonra psixiatr professor Dr. Helen Lavretski NBC News-a müsahibəsində bildirib ki, bu tip xəstələrin bəzilərində təfəkkür, yaddaş pozğunluğu, avtomobili idarə edərkən beyində çaşqınlığın olduğu məlum olub.(medicina.az)