Koronavirus zamanı tromblaşmanın qarşısını alan vasitə

Koronavirus zamanı tromblaşmanın qarşısını alan vasitə

Koronavirusun ən təhlükəli ağırlaşması damarlar və kapilyarlarda çoxsaylı trombların əmələ gəlməsidir. Tromblaşmanın qarşısını almaq üçün çox sadə vasitədən istifadə edin. Bu adi içməli sudur.

Rusiya mətbuatı tanınmış rusiyalı kardioloq Mariya Qlezerin bu barədə fikirlərini yayımlayıb. 

Həkim bildirib ki, koronavirus xəstəsi hər gün 1,5-2 l adi su içərsə, tromblaşmanın riski xeyli azalacaq.

Həkim xəbərdarlıq edib ki, daha çox su içmək lazım deyil ki, bu böyrəkləri yükləyir.

Həmçinin Mariya Qlezer bildirib ki, həkimlə məsləhətləşmədən qanı duruldan preparatları qəbul etmək olmaz. Bu çox təhlükəlidir və ağır fəsadların inkişafına səbəb ola bilər.(sağlamolun.az)