İnsanların qəfil ölməsinin səbəbi nədir?

Qəfil ölümlərin sayı artıb, diqqətli olun!
Qəfil ölümlərin sayı artıb, diqqətli olun! Səbəbini bilmək üçün aşağıdakıları mütləq oxuyun! Qəfləti ölümlərin son vaxtlar sayı çoxalıb. Bu hər hansı bir narahatçılığı olmayan, psixoloji və fiziki sağlam adamlarda baş verən ölümlər qəfləti ölüm hesab edilir. Ən çox da orta yaşlı insanlar arasında baş verən qəfləti ölümlərin sayının çoxalması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təsdiqlənib. Mütəxəssislər baş verən qəfləti ölümlərin aşağıdakı səbəblərdən baş verə biləcəyini söyləyirlər:
miokardın hipertrofiyası ilə müşayiət olunan hər hansı ürək xəstəliyi
aortanın stenozu
durğunluq ürək çatışmazlığı
kardiogen şok
ürəyin tamponadası
ağciyər arteriyasının tromboemboliyası. Ürək səbəbli qəfləti baş verən ölümlərin içərisində qəfləti koronar ölüm 80-85% hallarda baş verir. Bu cür ölümün baş verməsi üçün aşağıdakı xüsusiyyətlər səciyyəvidir:
Ölüm baş verən zaman şahidlər əlamətlərin 1 saat ərzində cərəyan etdiyini söyləyirlər.
Şahidlər ölüm baş verməzdən əvvəl heç bir qorxulu, ciddi hadisə baş vermədiyini qeyd edirlər.
Ölümün baş verməsinə kənar travmalar səbəb olmur. Xəstənin ölümünə səbəb olacaq əlamətlərin başlaması və ölümün baş verməsi arasında olan zamanı aşağıdakı formalara ayırırlar:
Ani ölüm
Sürətli koronar ölüm ( bu bədbəxt hadisənin əlamətlərinin yaranmasından sonra bir saat ərzində baş verir). Qəfil ölüm şübhəsi olan aşağıdakı adamlar risk altında sayılırlar:
infarkt xəstələri
stenokardiya xəstələri
aritmiya ilə müşayiət edilən ürəyin işemik xəstələri
qan dövranı çatışmazlığından əziyyət çəkən infarktlı xəstələr
yüksək təzyiqdən əziyyət çəkənlər
şəkərli diabet xəstələri.