İnsanı gözəlləşdirən 10 ərzaq

İnsanı gözəlləşdirən 10 ərzaq

İnsanın zahiri gözəlliyinə təsir edən amillərdən biri də qidalardır.

Saçlar, dəri, dırnaqlar, sümük-əzələ sisteminin sağlamlığı gözəllik meyarıdır.

Sağlam gözəlliyi təmin edən 10 vacib qidanı təqdim edirik:

Uzun acı bibər, Çili bibəri

– 100 qram bu istiotda 400% gündəlik C vitamini dozası var. C vitamini kollagen sintezi üçün vacibdir.

Qarağat, qaragilə, böyürtkən, moruq – antioksidant və C vitamini mənbəyidir.

Godji giləmeyvəsi

– həm özü, həm çayı A vitamini mənbəyidir, bu da gənclik vitaminidir.

Pomidor, tomat şirəsi

– güclü antioksidantdır. B 7 vitamini mənbəyidir

Kök –

A, E vitamin, beta karoton mənbəyidir. Dəri, gözlər üçün vacibdir. Gözəllik mənbəyi biotinlə zəngindir

Brokkoli kələmi

– dəri hüceyrələrini yeniləyir

Qırmızı şərab, çaxır

– bədəndə iltihabı azaldır, dərini bərpa edir, ömrü uzadır

Avokado

– A, E, K vitamini bombasıdır. Qadınlar üçün gənclik mənbəyidir

Sirkə, xüsusən alma sirkəsi

– içmək yox, amma salatlara, yeməklərə qatıb mütəmadi qəbul etmək olar. İmmunitet, bağırsaq, beyin üçün faydalıdır.

Qoz, badam, fındıq, araxis

– kişi və qadınların enerjisi, dərinin tonusu üçün vacibdir.

Eləcə də gözəllik üçün gündə 1 litrdən artıq təmiz su və arada mineral qazsız sular içmək vacibdir.(bakupost)