İnsan niyə gücünü itirir?

 İnsan niyə gücünü itirir?

Xəstəliklərə səbəb olan 4 əsas amil 

Şamanların həyatın forumu olan mənəvi enerji ilə ünsiyyətdə olmaq inamları var.

Xəstəliyə gəldikdə, şamanlar bunun heç vaxt fiziki tərəfinə baxmırlar və bu, onların müalicəsinin daha təsirli olmasına səbəb olur. İnsanlar bu və ya digər şəkildə xəsarət aldıqda, adətən müvafiq müalicə üsulu tətbiq edilir. Lakin müalicədə dərmanlar həmişə yeganə həll yolu deyil.

Şamanizmə görə bütün xəstəliklərin əsasında 4 əsas amil dayanır.

Ruh düşkünlüyü

Ruhumuz bizi tərk etdikdə xəstəliklər baş verir. Bu çox vaxt dərin və anlaşılmaz travmalardan qaynaqlanır. Ruh düşkünlüyü ilə xəstəliyin bədənimizə yerləşməsinə imkan veririk.

Qorxu

Xəstəliyə səbəb olan amillərdən biri də qorxudur. Qorxunuz nə qədər ciddi və xroniki olsa, xəstəliyə qarşı müqavimətiniz də bir o qədər azalır. Qorxu həyatımızda baş verən bütün bədbəxt hadisələrin çoxalması üçün əlverişli mühit yaradır.

Disharmoniya

Şamanlar disharmoniyanın daha çox yayıldığını düşünürlər.

İnsanın dəyər verdiyi birini itirməsi və ya bir çox məsələləri həll edə bilməməsi xəstəliyə yol açır. Məsələn, tərk ediləndə və ya çox sevdiyin birini itirəndə əziyyət çəkirsən və vəziyyətin öhdəsindən gəlmək çətinləşir.

Güc itkisi

Güc itkisi, vacib bir şeyi itirdiyiniz zaman ruhunu itirmək kimidir. Güc itkisi zamanı insan həyat enerjisini itirir. İnsan özünə kömək edə bilmədikdə tükənir və özünü kədər və ya xəstəlik içində tapır. Nəzərə almaq lazımdır ki, nə qədər güclüsünüzsə, həyatınız da bir o qədər sağlamdır. (aztibb.az)