İnək südü insanları koronavirusdan qoruyur

İnək südü insanları koronavirusdan qoruyur

İtaliyalı mütəxəssislər İspaniyada aparılan yeni bir araşdırmada inək südünün kovid-19-a qarşı təsirli olduğu qeyd edilib.

Araşdırmaçılara görə inək südü infeksiyalara qarşı qoruyucu olan bioloji komponentlər tərkiblidir. Araşdırmaya görə, inəklərdə yaranan antitellər yoluxmuş insanlarda koronavirusu təsirsiz hala salır. Vaksinasiya olmuş və ya olmamış insanlarda isə koronavirusun qarşısını alır.

Bütün bu araşdırmalardan sonra mütəxəssislər immun sistemini gücləndirəcək, infeksiyanın qarşısını alacaq yüksək antitel tərkibli bir süd məhsulu istehsal etməyi hədəflədiklərini bildiriblər.

Qeyd edək ki, süd məhsulları 300-dən çox insan üzərində araşdırılıb. Nəticələrə görə, həmin insanların heç birində koronavirusa rastlanılmayıb.

Südü sağılan inəklər və iribuynuzlu heyvanların “BcoV” peyvəndləri ilə aşılandığını bildirən mütəxəssislər, bu səbəbdən onların yüksək miqdarda antitelə malik olduqlarını deyiblər. (medcina.az)