Hikmət Hacıyev: Peyvəndləmə yaxın vaxtlarda başlaya bilər

Hikmət Hacıyev: Peyvəndləmə yaxın vaxtlarda başlaya bilər

"Azərbaycan mediası koronavirusla mübarizədə və Qarabağ cəbhəsində ön cəbhədə olub. Bunun üçün media mənsublarına öz təşəkkürümü bildirirəm".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, peyvəndləmə yaxın vaxtlarda başlaya bilər: "Biz karantin qaydalarına əməl etməklə və birgə səylərimizlə koronavirus cəbhəsində də qələbə çalacağıq".