"COVID-19 pandemiyası yaxınlarda bitməyəcək"

"COVID-19 pandemiyası yaxınlarda bitməyəcək"

Hər yerdə bitənə qədər heç yerdə bitməyəcək 

Qlobal koronavirus pandemiyası dünyada heç də bitmək üzrə deyil. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

"COVID-19 pandemiyası bitməkdən çox uzaqdır və hər yerdə bitənə qədər heç yerdə bitməyəcək", - deyə o, bəyan edib.

Təşkilat sədri virusun təkamülə davam etdiyini vurğulayıb.

ÜST rəhbəri xatırladıb ki, pandemiyanın başlanğıcından indiyədək 6 milyondan çox insan koronavirus səbəbindən dünyasını dəyişib.(medicina.az)