Bu yağlar cinsi zəiflik yaradır

Bu yağlar cinsi zəiflik yaradır

Azərbaycan cəmiyyətində gündəmdən düşməyən mövzulardan biri də evlilikdir. Yaşlı nəsil gənc nəslin evlənmək istəmədiyini iddia edir.

Tibb elmləri namizədi Rəşid Mahmudov gənclərin evlənmək istəməməsinin səbəbini palma yağı ilə əlaqələndirib:

"Gənclərin çoxunda zəiflik var. Səbəb ondan ibarətdir ki, bizim qidamızda palma yağı var. Azərbaycana ildə 50 tondan çox palma yağı gətirilir. Dünyada isə palma yağı qida kimi qəbul olunmur. Bu da həm qadınların, həm də kişilərin cinsi vəziyyətinə mənfi təsir göstərir.

Sevgi, məhəbbət orqanizmdə cinsiyyət hormonlarının üsyanıdır, həddindən artıq çox ifrazıdır. Sevəndə insanın gözü heç ana-atasını da görmür və istədiyini gedib alır.

Bunların hamısının səbəbini qidada görmək lazımdır. Qidamızı düzəltsək, yediyimiz makarona, vermişelə, hətta uşaq qidası olan qatılaşdırılmış südə də palma yağından qatırlar. Nəticədə bu da bədənin cinsi hormonların ifrazını azaldır və tənbəllik yaradır. Hormonlar çoxalarsa, adamlar sevəcək və vaxtında evlənəcək". (olke.az)