Bu dərmanlar koronavirusdan daha təhlükəlidir

Bu dərmanlar koronavirusdan daha təhlükəlidir

"Koronavirusdan evdə müalicə alanlar xəstəliyin ilk 7-10 günündə (viral faza) "Deksatemazon" və ilk 7 günündə "Kleksan" istifadəsini təcili dayandırmalıdır".

Bu barədə Milli Məclisin deputatı, tanınmış həkim Rəşad Mahmudov məlumat verib. O bildirib ki, həmin dərmanlar COVID-19-dan daha təhlükəlidir:

"Evdə müalicə alan şəxslərə tövsiyəm bundan ibarətdir ki, ilk günlərdə antiviral preparatlardan, "Parasetamol"dan, C vitaminindən istifadə etsinlər. Bundan başqa, bol maye, mürəbbəli çay qəbul etməklə yanaşı, istirahət eləsinlər. Bunlardan əlavəsi təfərrüat, zərərli və təhlükəlidir".(lent.az)