Böyük Britaniya bu qidaya qadağa qoyuldu

Böyük Britaniya bu qidaya qadağa qoyuldu

Bu ölkədə "fastfud"a məhdudiyyət qoyulur - Köklərin sayını azaltmaq üçün...

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkədə "fastfud" satışına məhdudiyyətlər qoymağı planlaşdırır.

Bu barədə "Financial Times" məlumat yayıb.

İngilis hökuməti xüsusilə şəkər və duzu yüksək olan qidalar üçün etiketləmə tələblərini sərtləşdirmək niyyətindədir. Tədbirlər artıq çəkili britaniyalıların sayını azaltmağa yönəlib.

Təkliflər arasında - böyük restoranları menyudakı yeməklərin kalori məzmununu göstərməyə məcbur etmək də nəzərdə tutulur.

Baş nazir spirtli içkilərin etiketlərində də kalori məzmununun göstərilməsini istəyir.

Conson kilolu olmağın koronavirus xəstəliyinə tutulma riskini artırdığını öyrəndikdən sonra zərərli yeməklərin satışına qoyulan məhdudiyyətlər haqda düşünüb.(moderator.az)